İki şeytanın söhbəti (ibrətlik)

İki şeytanın söhbəti (ibrətlik)
Sevgi Dünyası
10.09.2017 12
Bir gün çoxdandır görüşməyən iki şeytan rastlaşır. Bunlardan biri kefi kök,damağı saz,kökəlmiş halda,digəri isə zəifləmiş,arıq,xəstə halda idi. Arıqlamış şeytan kök şeytandan soruşur:

 ~Çoxdandır görüşmürdük,yaman kökəlmisən,kefin də sazdır. Bunun səbəbi nədir?

Kök şeytan cavabında deyir:

~Bir şəxs var ki,"Bismillah" sözü nədir belə bilmir axmaq. Hər dediyimə də uyur. Heç bir işini "Bismillah"la başlamır və bu da mənə ayrıca ləzzət edir,ona görə də kefim kök,damağım sazdır. Bəs sən niyə belə arıqlamısan?

Arıq şeytan cavab verir:

~Bizdəki şəxs də,hər işinə,hər sözünə "Bismillah"la başlayır,bir an belə dilini zikrsiz etmir,ona görə də belə saralıb solmuşam.

 

P.S. Hekayədən göründüyü kimi,Biz nə qədər Allah zikr edib,hər işimizdə Allahın adını çəksək,şeytan bizdən o qədər də uzaq

olar. Gəlin bu gözəl,ibrətli,dini hekayədən nəticə çıxaraq və hər an dilimizdə Allah kəlməsi olsun. Unutmayaq ki,biz bu gün-sabah şeytana uyub onun yolu ilə getsək,axirətdə bizə şeytan kömək etməyəcək,ona görə də namazımız vaxtlı vaxtında qılıb,dinimizin əməlləri ilə gedək,çünki axirətdə bizə yalnız və yalnız namazlarımız və yaxşı,savablı əməllərimiz kömək edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!