Xəyanətdən şübhələnirsiz?

Xəyanətdən şübhələnirsiz?
Sevgi Dünyası
10.09.2017 11
Heç bir əlaqə xəyanətdən sığortalanmayıb. Köynəkdəki pomada izi ya da telefonuna göndərilən gizli mesaj keçmişdə qaldı. Bugünün kişiləri o qədər hiyləgər və ustalıqla xəyanət edirlər ki,ruhunuz belə inciməz. Bəs, bu vəziyyəti necə anlayarsınız? Məhz aldadıldığınızı göstərən köməkçi məlumatlar…

 

Öpüşmək

Sizi öpmürsə artıq şübhələnə bilərsiniz. Öpüşmək bir əlaqənin doğru getdiyini göstərən ən mühüm göstəricilərdəndir. Əgər seks zamanı və ya gündəlik həyatınızda sizi öpməyən bir həyat yoldaşınız varsa həyəcan zəngi çala bilərsiniz. Çünki həm qadınlara, həm də kişilərə görə öpüşmək seksdən də daha çox romantik məna daşıyır.

 

Cinsi həyatınız

Seks həyatınız son dövrlərdə adi hal alıb və ya dayanma nöqtəsindədir. Yoldaşınız hər zaman özünü yorğun hiss edir, daim stress və baş ağrıları keçmək bilmir. Cinsi arzularda azalma xəyanət siqnallarından xəbər verir. Əlbəttə, 1 həftəlik prossesdən bəhs etmirik. Uzun müddətli olaraq cinsi həyatınızda köklü dəyişikliklər varsa və qarşı tərəf buna ötəri baxırsa diqqətli olun.



Mobil telefon

Gizlədəcək bir şeyi olmayan adamlar cib telefonlarını ortada qoyur. Tualetə belə cib telefonu gedir, gələn zənglərdə halı dəyişir və evə gələndə telefonunun səsini alır və ya bağlayırsa gizlətdiyi bir şey ola bilər.



Necə geyinir?

Bayıra çıxarkən dişlərini belə çox çətinliklə təmizləyən həyat yoldaşınız ətirlərdən istifadə etməyə, dərisinə qulluq etməyə, saçlarına şəkil verməyə başlayıbsa bu bir əlamət ola bilər. Geyindiyi paltarlar bir anda dəyişir ancaq sizinlə gəzərkən özünə diqqət göstərmirsə şübhələnməyə başlasanız yaxşı olar.



Qucaqlaşmaq ən mühüm göstəricidir

Qucaqlaşmaq cütlər arasındakı duyğu mübadiləsi və romantik abu-hava üçün vacib olanlardandır. Həyat yoldaşınız artıq sizi qucaqlamır, mümkün qədər sizinlə əlaqəyə girməkdən çəkinirsə aradakı bağların qopduğu mənasına gəlir.

Aldadıldığınızı düşünürsünüzsə dərhal təşvişə düşməyin. Yanlış həyəcan siqnalı da ola bilər. Əvvəl heç bir şeyin fərqində deyilmişsiniz kimi davranın.



Onu gizlicə təqib və müşahidə edin.

Belə ki, aldadan şəxslər asan təlaşa düşürlər.

Əgər nəticə ürəkaçıcı olmasa onu qarşınıza alıb, sakit şəkildə həll yolu tapın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!