Həqiqi olan istəklər...

Həqiqi olan istəklər...
Sevgi Dünyası
10.09.2017 6
- Səhvlərimlə sev məni. Elə davran ki, səndən nələrisə gizlətməyə məcbur qalmayım.Mənim ruhumu incitmə, nə olar ?Xəyanət etmə mənə. Yox,yox.Xəyanət deyərkən başqa birini nəzərdə tutmuram. Yəni sənə danışdığım sirlərimi,hekayələrimi,sən inlə bölüşdüyüm həssaslığımı,gücsüz anlarımı bir gün üzümə vurma. Elə davran ki, ailəm yox ikən sənə sığına bilim. Dincliyimi səndə tapım, Günahlarımdan utanmayım buqədər. Içimdə gizli saxladığım. Hər kəsdən gizlədiyim səhvlərimi səninlə bölüşməyim uçün, şans ver. Şans ver ki, yanında uşaqlaşım. Şans ver ki, yanında ağlamaqdan, əslində nə qədər zəif olduğumu etiraf etməkdən çəkinməyim. Qucaqla bir sahil kənarinda ruhumu. Gözümün yaşı çiyninde tapsin rahatligi. O qədər möhkəm qucaqla ki ürəyimin döyüntüsü sirkələsin ruhunu.Yorğunam can çox yorgun. Gör bunu, nolar. Mən demədən əvvəl hiss et, sənə ehtiyacım olan anları.Inamlı bax, həmişə. Gözlərimi qaçırmayım səndən. Mənə güvən.Qoy, güvənində güc tapım...!

 

Xəyaləскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!