Gülərkən belə canım ağrıyır

Gülərkən belə canım ağrıyır
Sevgi Dünyası
10.09.2017 10
Ürəyimə basdırdığım üstünü min bir çiçəklərlə örtdüyüm ürək sızım... Görəsən insan yalnız bir dəfəmi sevər həqiqətən? Başqa ürəklərdədə hiss edərmi o çağlayanlar kimi coşduran xoşbəxtliyi? Özünü bir boşluqdamı hiss edər yoxsa? Özümü aldadıram davamlı. Üzümü gülən görənlər birdə gəlsin ürəyimi ziyarət etsin! Gözlərində özümü tapdığım. .Hayatın əlindən tutmağı öyrəndiyim. Getdiyindən bəri içimdə mənasız bir hüzn var. Gülərkən belə canım ağrıyır. Bəzən belə ki yoxluğa basdırılıram.. Kimsə görmədən ağlayıram. Və gözyaşlarımı ləl-cəvahirat kimi saxlayıram. Onlar səndən qalan tək xatirə mənə.Kimsənin bilməsinə icazə vermirəm buna görə. Bir yanğı idin ki dənizlərin belə söndürməyə gücü çatmazdı. İndi o yanğını bir ovuc ürəkdə necə tuta bilərəm görəsən? Yoxsa dildə olmayınca könüldəndə uzaqlaşarmı deyirəm. Kaş ki yanımda olsan.. Olsanda izah etsəm uzun uzun. İçimi ürpərdən təklik duyğusuna qapılmasam. Xəyallarım boş bir səhifədən ibarət olmasa. Getməsi uzun bir səfərə çıxmasam. Səni hər xatırladığımda kədərlənmək yerinə xoşbəxt olsam. Kaş ki ruhuna toxuna bilsəm Və səndəki duyğuları hiss edə bilsəm. Səni anlayıb izah edə bilsəm. Ürəyinə inci dənələrindən yarpaqlar töksəm. Və ürəyin baharı yaşamağa başlasa. O şirin gülüşlərin üzündən heç əskik olmasa..Mən yanında və daim ürəyində olsam..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!