Yalançı gülüşümdən bezmişəm...

Yalançı gülüşümdən bezmişəm...
Sevgi Dünyası
10.09.2017 6
Ağlımı itirməyə başlayıram diyəsən…



Fikirlər məni özünə tərəf çəkir. Tanımadığım yolu gedirəm, qarşıma nə çıxacağını gözə ala bilmirəm. Uzun-uzadı fikirləşirəm niyə? Yooox ola bilməz.



Bəlkə də ola bilər ama mən bilmirəm…



Qarşıma kilsə çıxır…



Çox hündür və və çox da gözəldi. Müsəlman olduğumu unutmamışam ama kilsəyə daxil olmağ ürəyimdən idi. Çünki izlədiyim filmlərdən və xristian dinində olanların kilsədəki Padrelərə inanmağı və onlardan məsləhət alıb günahlarının bağışlanmalarını çox eşitmişdim.



Mənim ALLAH-ım hər şeydən uca və biz bəndələrinin daima yaxşılıqlarını istədyini bilirdim.

Kilsəyə daxil oldum ALLAH-a dua edənlər, Şam yandıranlar…



İnsanlar fərqli idi.



Padre ilə söhbət etmək üçün xüsusi otağa girdim. İlk öncə Allahımdan kömək istəyib danışmağa başladım…



 Padre Qorxuram! Sənin yanına gəldim ki mənə kömək edəsən.



Bezmişəm. Bezmişəm hər şeydən. Bezmişəm artıq məni alçaldanlardan, hamı kimi dəyərsiz tutmaqdan, dəhşətlər içərisində yaşamaqdan.



Padre məni güclü sayırlar ama daxilimdəki zəifliyim mənə güc gəlir. Güvənim özümdən də itib artıq nə edəcəyimi bilmirəm. Düşünə bilmirəm. Sabahın dərdlərini fikirləşib özümə məzar qazmaq istəyirəm. Bu günün yalanlarını görüb özümü asmaq istəyirəm. Ama fikirləşirəm ki, bu günahlarnan sabahımı heç bir zaman doğru qura da bilmərəm. Axı niyə mən də sıradan biriləri kimi düşünə bilmirəm? Axı niyə hamı mənim güldüyümü düşünür? Axı ürəyim ağlayır? niyə niyə niyə??



Padre münasibətlərimdən narazıyam, bu naşükürlük olsa belə narazıyam.



Yalançı gülüşümdən bezmişəm….



Bilmirəm əhf edərmi? ALLAH-ım məni əhf edərmi?



Yorlumuşam. Sonumu görmək istəyirəm.



Qəlbimdəki yalnızlığı heç kim görə bilmir səndə buna kömək göstərməyini istəyirəm. İstəyirəm hamı məni normal olaraq başa düşsün. İstəyirəm yanımda özümü tək hiss etdirməyəcək biri olsun. İstəyirəm ANAM yanımda olsun.



Görürsən nə çox şey istəyirəm?



Ama olmur yenə də təkəm, Nə olsun Atam yoxdu? Nə olsun evim, maşınım, imkanım yoxdu?  məyər insanlıq budu? Məyər hörmət qarşılıqlı dəyərlər budu?



Bilirsən mən pislikləri və pislik edənləri sevmirəm, sizə bunları danışıram hiss etmirsiniz ama gözlərimdən axan yaşlar məni daha da Qorxudur.



Padre Mən İtirməkdən və itirilməkdən Qorxuram!



Mən yaxınlarımı, dostlarımı, sevdiklərimi itirməkdən Qorxuram və bunu heç cür özümdən uzaqlaşdıra bilmirəm.



Hal-hazırda doğmalarımdan çox uzaqdayam onlar üçün darıxıram, h’r zaman yanımda olmalarını istəyirəm ama alınmır yenə də Qorxuram.



Qapını açıb mıxdım arxama baxmadan getmək istəyəndə kimsə çiynimdən tutdu. məni getməyə qoymadı geri qayıdanda Anamı gördüm. Gözlərim doldu yerimdə qalmışdım heç bir reaksiya yox idi. Allahım Allahəm bu bu bu necə oldu…



Söz tapa bilmirəm İlahi. ANA. ANAM mənim. Canım Anam sənin üçün elə darıxmışdım ki, nə yaxşı ki, burdasan. Bu necə oldu. Allahım şükürlər sənə.



Anam: Oğlum Analar övladları üçün yaşayır. Sənin heç də yaxşı olmadığını hiss etmişdim bu gün səhər gəldim. Yoldaşlarından soruşdum səni şəhərdədir dedlər arxanca gəldim səni mütləq görməli idim. Gördüm və arxanca da düşdüm kilsəyə tərəf gəldiyini gördüm və səndən əvvəl arxa qapıdan içəri girdim ki, sənin nə etdiyin görüm. Sən Padre ilə söhbtə girəndə mn qapını astaca döyüb ondan xahiş etdim ki, mən dinləyim səni o da icazə verdi.



Oğlum sən mənim həyatda ən dəyərli olanımsan Atandan sonra səni itirmək qorxusu ürəyimdə dolanır Mənim Dəlicə Balam…



Bütün dedikıərini eşitdim sözüm isə heç nədən Qorxma mən sənin yanında olan sənin sevən Anan heç zaman səni qorxmağa qoymayacaq. Sən uşaq vaxtı da belə idin. Heç dəyişilməmisən əziz balam.



Dünyalar mənim idi Anamın görmək onun qoxusunu yenidən hiss etmək mənə dünyaları bağışladı…



ANAM, Canım Anam həyatım səninlədir Allahımızın köməyi ilə sənə olan sevgim heç bir zaman tükənməz…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!