Allahın çagrışı

Allahın çagrışı
Sevgi Dünyası
10.09.2017 20
Ər: Əsr namazını qılmısan?

Zövcə: Xeyr...

Ər: Nə üçün?

Zövcə: İşdən yorğun gəldim, bir az dincəldim.

Ər: Yaxşı get indi İşa namazının vaxtı girməmiş Əsr və Məğribi qıl.



Növbəti gün... Ər ezamiyyətə yola düşür. Adəti üzrə bir-neçə saat sonra o zövcəsinə ya telefonla, ya da mesajla çatması barədə xəbər verməli idi. Lakin zövcəyə zəng gəlmir. Zövcə narahat olur, özü zəng edir. Ancaq əri telefonu götürmür. Bir az keçir yenə zəng edir, yenə də cavab vermir. Axı belə olmamalı idi. Narahat olmağa başlayır. Bir-neçə dəfə zəng edir, cavab verilmir. Bir neçə saat sonra ər özü zəng vurur. Zövcə telefonu götürür.



Zövcə: Sən çatmısan? Hər şey qaydasındadır!!?

Ər: Hə, çatmışam, əlhəmdulilləh,hər şey yaxşıdır.

Zövcə: Nə vaxt çatmısan?

Ər: 4 saat əvvəl.

Zövcə (əsəbi halda): 4 saat əvvəl !!? Və mənə zəng etməmisən !!?

Ər: Çatdım, yorulmuşdum. Dedim bir az dincəlim.

Zövcə: 2 dəqiqə vaxt tapa bilmədin, mənimlə danışmağa !!?... Mənim zənglərimi də eşitmirdin?

Ər: Yox, niyə ki? Eşidirdim.

Zövcə: Eşidirdin !!! Amma cavab vermirdin... mənim çağırışım səni narahat etmirdi!!?

Ər: Sən də dünən azanı - Allahın çağırışını eşidəndə narahat deyildin...

Zövcə (bir qədər susduqdan sonra göz yaşları ilə): Hə. sən düz deyirsən. Məni bağışla.

Ər: Bağışlanma diləməli olduğun mən deyiləm. Allahdan bağışlanma dilə və sonra elə et ki, bir də buna görə bağışlanma diləməyəsən. Axı mənim hər şeydən çox istədiyim odur ki, Allah bizi əbədi Cənnət bağlarında birgə məskun etsin.



Əslində həqiqət odur ki, kim sizi çox sevirsə, o sizi daima Allahın doğru yoluna sövq edir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!