Xəyanətin təməlində diqqətsizlik dayanır...

Xəyanətin təməlində diqqətsizlik dayanır...
Sevgi Dünyası
10.09.2017 27
İlişkidə daim güvənə üstünlük verən insanam. Sevgi, hisslər mənim üçün heç vaxt önəm kəsb etməyibdir. İlişkinin təməlində güvən olmalıdır. Daim qeyd eləmişəm, bir kişinin qadınından: "görəsən, mənə xəyanet edirmi?" deyə şübhələnməyi qısqanclıq deyildir, bu, qeyrətsizlikdir. Bəli, həyatda xəyanətlərə çox rast gəlirik. Xəyanətin təməlində diqqətsizlik dayanır.



İstər kişi xəyanət eləsin , istər qadın, bunun bir adı var- diqqətsizlikdən yaranan sevgi axtarışı...



Amma Əli İbni ƏbuTalibin belə bir sözü var "qısqanmayan kişidən xeyir gəlməz " və sora qeyd edir ki, qadının qısqanmağı nəfsdən, kişinin qısqanmağı isə qeyrətdəndir. Mən belə düşünürəm ki, Əli burda qeyrət sözünü sevgi kimi vurğulamaq istəyir. Bir kişi kimi bunu dəqiq deyə bilərəm ki, kişi sevmədiyi qadını heç vaxt qısqanmır. Əgər kişi bir qadınla sırf cinsi ehtiyacımı ödəyim, zamanımı keçirim deyə yaşayırsa heç vaxt o qadını qısqanmır.



Tam əminliklə deyə bilərəm ki, o qadın xəyanət belə eləsə, vecinə almaz. Amma kişi ki, sevdi bu ağır məsələdi. Bu günün bəlası isə sosial şəbəkədir. Burda başlayan qısqanclıqların sonunda mənə çox yaxın insanlar ayrılıblar. Bir dəfə bir xanım şikayət elədi ki, sevdiyim mənə güvənmir, çox qısqanır, mənə hər dəqiqə deyir ki, niyə gec yazırsan. Xanımla çox uzun söhbətimiz oldu. Belə şeylərin kökündə mütləq güvənsizlik dayanmır. Bu sizə qarşı olan böyük sevgi də ola bilər. Niyə gec yazırsan deyə şikayət eləməyin təməlində sırf hansısa oğlanla danışırsan deyə düşüncə yoxdur. Sevdiyiniz şəxs sizi hansısa xanımla belə danışmağa qısqana bilər.



Nəzərə alsaq ki, facebookda danışan cütlüklərin çoxu görüşmək və yaxud telefonla danışmaq problemləri olan şəxsdir, bu normal haldır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, bizə qarşı göstərilən sevgiyə qiymət verək. Bizi sevən şəxsləri diqqətdən kənar saxlamayaq. Vacib işlərdən kənar boş vaxtlarımızı onlara ayıraq. Ən böyük sevgilər diqqətdən yaranan sevgilərdir. Soyuq münasibət əks tərəfə təsir edir və qarşıdakı insana da təsir edir...



Əl-qərəz, zamanınızı sevdiklərinizə ayırın, onlara diqqət edin, qayğıdan kənar saxlamayın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!