Onun gözündən görmək...

Onun gözündən görmək...
Sevgi Dünyası
10.09.2017 15
Kiçik qız, özünü bildiyi gündən bəri anasından böyük şəfqət və sevgi görmüş, ondan eşitdiyi sözlərlə bir şəhzadədən daha gözəl olduğuna inanmışdı. Elə sanırdı ki, nur üzlü və badam gözlüydü. Amma məktəbə başladığı zaman işlər dəyişdi. Dostları onun heç gözəl olmadığını, hətta çirkin sayıldığını deyirdilər.

Kiçik qız əvvəllər onlara inanmadı,çünki hərkəs biri-birini qısqanırdı. Amma, bir neçə il içində həqiqətlərlə üzləşdi. Anasının şəhzadələrə bənzətdiyi qızı çirkin idi və üstəlik gözləri də çəp idi. Gənc qızın anasına olan sevgisi bir müddət sonra nifrətə döndü. Çünki anası ona yalan demişdi. Evlənmək çağında idi,amma üzünə baxan yox idi.Üstəlik bütün müalicələrə baxmayaraq,gözlərinin çəpliyi də düzəlmirdi.

Gənc qız həkimlərin gizli danışığından kor olacağını eşidəndə dəliyə döndü və onu hələ uşaqlığındakı ifadələrlə əzizləyən anasının yalanlarına dözə bilməyib,evi tərk etmək qərarına gəldi.Fəqət anası uzaq bir yerdə iş tapdığını deyərək ondan əvvəl davrandı və qazandığı pulları bir qohumuna göndərib,qızına baxmağı xahiş etdi. Gənc qız bir müddət sonra kor oldu,qaranlıq dünyası ilə başbaşa qaldı. Anasıyla heç maraqlanmırdı,yalançı idi anası,ölsə belə itirmiş sayılmazdı.

Bir gün həkimlər bir cüt göz tapdıqlarını deyib qızı əməliyyat etdilər.Ancaq o,gözlərini açanda yenə eyni üzü görməktən qorxurdu.Lakin kor olmaq daha çətin idi,indi ən azından heç kimə yük olmayacaqdı. O,əməliyyat sonunda güzgüyə baxdıqda bərkdən qışqırdı.Qarşısında dünya gözəli vardı.Üzündəki pozuq yerlər düzəlmişdi, mərmər kimi bir dərisi vardi.Burnu,çömçə qulaqları düzəlmişdi. Yaban otuna bənzəyən saçları getmiş, yerinə dalğa-dalğa saçlar gəlmişdi Gənc qız yanındakı həkimi qucaqlayıb:

-Sanki, yenidən dünyaya gəldim. Üzümdə heç bir çirkinlik qalmayıb. Estetik əməliyyatı siz etmisiz?

Yaşlı həkim:

-Elə bir əməliyyat etməmişik qızım-deyə gülümsədi. Ananın verdiyi gözləri taxdıq.

SƏN ONUN GÖZÜNDƏN GÖRDÜN ÖZÜNÜ...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!