"Yuxumu alım biraz da, unutmaq lazımdı"

Sevgi Dünyası
10.09.2017 13
Saat neçə olursa olsun məni narahat edə bilərsən,zəng edib axtara da bilərsən, ancaq açıb nəzakətlə danışmaram artıq.. Mesaj ata bilərsən, susaram sənin bir vaxtlar laqeyd yanaşdığın kimi.. Əvvəlki qədər sərt də deyiləm.. Qarşıma çıxa bilərsən əlbəttə.. Sanki daha əvvəl səninlə bir könül bağım olmamış kimi burnumun dikinə gedərəm, sən üzülərsən.. Ağlaya bilərsən bəlkə də, bunu mənim sənə görə olan həyata küskünlüyümə sayarsan.. Mən haldan falan anlamam artıq, içə bilərsən həmçinin...Sənə yalan satmamış qadınam mən, zərrə vicdanım sızlamaz..Yaralarımı sağaldan insanlar lazımdı mənə.. Bir yara daha açıb, getməyi bilən deyil.. Yaxşısı budur sən otur, günlərini boş insanlarla keçir, düşün, boş şeylərlə əylən,digərləri kimi bəsitləş...

Mən artıq, 'yuxumu alım biraz da, unutmaq lazımdı' tipdəyəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!