Havadan xəyanət qoxusu gəlir: əlamətlər nə deyir?

Havadan xəyanət qoxusu gəlir: əlamətlər nə deyir?
Sevgi Dünyası
10.09.2017 1
Ekspertlərin fikrincə, bəzi əlamətlər xəyanəti göstərir. Bir qadın xəyanətə məruz qalırsa, bunu altıncı hissinin gücü ilə anlayır, yoxsa əri açıq şəkildə "Mən xəyanət edirəm" mesajı verir?



Aparılan araşdırmalar göstərir ki, ikinci varianta daha çox rast gəlinir. Çünki qadın, ya da kişi xəyanət edirsə, bu, onların davranışlarında birmənalı şəkildə əksini tapır.



Kişilərin xəyanət etdiyini göstərən əlamətlər



Adətən, "Depressiyadayam”, "Kədərliyəm”, -  deyən sevgiliniz bir gün qalxıb "Yaşamaq nə gözəl şeydir” - deyirsə;



İş həyatında birdən-birə yüksəlirsə, "Sənə daha nələr alacam, sevgilim...  Bax bu, hələ başlanğıcdır”- deyirsə;



Cib telefonuna gələn ismarışların operator reklamları olduğunu iddia edir və bundan şikayət edirsə;



Telefonunda dost nömrələri çoxalırsa;



"Sinən də sanki kiçilib”  kimi ifadələr işlədirsə;



 



Tez-tez sarılıb "Gözəlim, sən nə şirinsən?”, - deyə şəfqət göstərirsə;



Axşam evə gec gələndə "Bezdim bu toplantılardan” - deyə deyinirsə;



"Gəl, bir həftəlik istirahətə gedək” deyir və həmin istirahət proqramı heç cür reallaşmırsa.



Qadının xəyanət etdiyini göstərən əlamətlər



İndiyə qədər sarışın olan sevgiliniz saç rəngini və stilini birdən-birə dəyişməyə qərar veribsə;



Düşüncəlidirsə, qeyri-adi dərəcədə cazibədar görünməyə başlayıbsa;



Yatmazdan əvvəl "Ballı süd istəyirsən?” - deyə soruşur, ya da səhər qalxdıqda sizə qayğıkeş münasibət bəsləyirsə;



Sizinlə bu vaxta qədər maraqlanmadığı mövzular ətrafında söhbət etməyə başlayıbsa;



"Sekslə məşğul olmayaq, bu axşam yalnız sənə sarılıb yatmaq istəyirəm” - deyirsə;



Pambıq pijamalarının yerini krujeva alt paltarları əvəz edibsə;



Axşamlar, "Həyatım, rəfiqəm intihar etmək üzrədir” - deyərək evdən qəfil gedirsə.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!