Gül yarpaqlı dodaqların tikan olardı dilimdə

Gül yarpaqlı dodaqların tikan olardı dilimdə
Sevgi Dünyası
10.09.2017 19
Əllərin uzun bir gecə idi Əzik və qaranlıq idi təklik Danışsaq dağılacaqdı bəlkə Bir çöküntü idi sis və ayrılıq. İçimizdəki isti otaqlarda xoşbəxtliyi paylaşmaq uğruna göz yaşlarımıza ağrılarımızı qucaqlayıb sarmaladıq illərcə. Buludların altında dayanmadan gedən bir qatarın eyni yolçularıydıq. Uzaq o stansiyanın mismarları sökülmüşdü relslərindən. Və o qatarın arxasından dayanmadan qaçan uşaqlar kimi keçirdik həyatımızı. Səhərin olmasını heç istəmədiyimiz yuxularda, əllərin uzun bir gecə idi. Soyuq və qaranlıq gecələr kimi idi təklik. Danışsaq, dağılacaqdı dərdlərimiz. Sislər kimi çökdü üzərimizə ayrılıq. Susqun bir kədərə sarılmışdı ürəyimiz. Xain olacaqsa bu günüm, sevinci sabahda yaşayaram.. Sızlayar hərdənbir içim, vəfasızlıqlara söyərəm. Bəzən yağışam mən, dolu dolu yağaram, bəzən ələ ovuca sığmaz, mövsümlərə nisbət edərcəsinə vaxtsız yağaram. Bilirəm, sərhədsizliyin bir sərhədi vardır. Gözləyişlərimin heç biri beş para etməz. Gözbəbəklərimi ağrıdan gecələrdə, dənizin ürəyinə enməyi arzulayan bir sevda yolçusuyam mən. Əks-sədamın sıfır nöqtəsində itirdim siluetimi. Hesabsız duruşlarla istehlak etdim gəncliyimi. Küləyə sovurdum, itirdim mərhəmətsiz geri çevril biletimi. Əllərin çox uzun bir gecə idi və indi gündüzlərə döndüm üzümü. Qaranlıqların tortasına, keçən illərin əks-sədasına bağladım qapımı. Yoxluğunu falçı qaraçılarla paylaşardım. Gül yarpaqlı dodaqların tikan olardı dilimdə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!