Heyiflər ki qədir bilmirik

Heyiflər ki qədir bilmirik
Sevgi Dünyası
10.09.2017 34
Niyə baş qaldırır paxıllıq hissi?Niyə vaxtsız ölüm tapmayır pisi?!...Nə qeybət qurtarır, nə də umu küsü,... Niyə şirin-şirin deyib gülmürük?Bəs niyə sağlıqda qədir bilmirik?!..Bəzən də yaxşiya yaman deyirikInsan olmayana insan deyirik...Yalan danışırıq,yalan deyirikDüz sözün,haq sözün üstə gəlmirik,Bəs niyə sağlıqda qədir bilmirik?!Xoş gündə heç kəsi saya salmırıq,Bezen lovgalanib salam almırıq.Köməyə yetmirik,dərdə qalmırıq,Ağlayan bir gözün yaşın silmirik,Bəs niyə sağlıqda qədir bilmirik?!Bəzən də hər şeyi bir söz edirik,Elə didişirik,elə didirik...Hərdən dost evinə yad tək gedirik...Niyə xoş niyyətlə gedib-gəlmirik?Bəs niyə sağlıqda qədir bilmirik?!Bir də görürsən ki,yetdi son nefes,Dünən filan köçdü,bu gün flankəs..Ağlamaq,sızlamaq deyilmi əbəs?Bəs niyə sağlıqda deyib-gülmürük?...Rəmzi,heyiflər ki,qədir bilmirik?...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!