Çox istədim..

Çox istədim..
Sevgi Dünyası
10.09.2017 28
Çox istədim Səni həyatımdan silim, sildimdə, amma sənin məndə izlərin qaldı…

Çox istədim Səni məndə yandırım, yandırdımda, amma sənin məndə külün qaldı…

Çox istədim Səni mənden təmizləyim, təmizlədimdə, amma sənin məndə ləkələrin qaldı…

Çox istədim Səni məzara gömüm, gömdümdə, amma sənin məndə Ruhun qaldı…

Çox istədim Səni unudum, unutdumda, amma sənin məndə xatirələrin qaldı…

Çox istədim Sənden qaçım, qaçdımda, amma sənin məndə kölgən qaldı…

Çox istədim Səninlə Sevgini Dadım, daddımda, amma sənin məndə nifrətin qaldı…

Çox istədim Səni Görməyi, gördümdə, amma sənin məndə həsrətin qaldı…

Çox istədim Sənə yenidən sarılmağı, sarıldımda, amma sənin məndə şəkilin qaldı…

Çox istədim Səninlə Xoşbəxt olum, oldumda, amma sənin məndə kədərin qaldı…

Çox istədim Səni Yaşanmamış sayım, saydımda, amma bir tək mənasız günlərim qaldı…

Çox istədim Səni Yenidən yaşamağı, amma sənin məndə Qürurun qaldı..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!