Bu gün yanımda olmağını istədim...

Bu gün yanımda olmağını istədim...
Sevgi Dünyası
10.09.2017 7
Bu gün yanımda olmağını istədim...



Səninlə olmağı ən çox bu gün istədim...Bu gün ən çox sənin üçün darıxdım, əvvəlcə yuxuda gördüm səni, oyandığımda sən vardın ağlımda...Yanımdaydın sanki, səninlə keçirəcəkdim bütün günümü...Bu dəfə sevinc verdi həsrətin mənə...Bütün günü səninlə idim sanki...



Günortaya doğru incitməyə başladı həsrətin, gülüşün ağlıma gəldi...Sonra pəncərənin önünə getdim, bir xeyli düşündüm...Getdikcə beynimi gəmirməyə başladı hisslərimin qarmaqarışıqlığı və çarəsizliyim ürəyimi bulandırdı...Özləmirdim artıq zən vurmağını...Amma darıxırdım, yanımda olmaginı, doya-doya gözlərini seyr etməyi istədim...Amma nə edim ki, yoxdun yanımda...Bu gün hər şeyi sənlə etmək istədim, bir də olacaqmış kimi çoxlu xəyallar qurdum, onlarda xoşbəxt etmiş kimi olur amma həqiqətlə üzləşincə keçir...Sonra da içimdəki yorğunluq, küskünlük...Ərköyünleyə nifrət edən mən, bugün sənin hər dediyini etmək istədim...Özüm üçün yaşayan mən, bu gün sənin üçün yaşamaq istədim...



Bu gün ən çox sənin üçün darıxdım mən...Bütün vərdişlərini, bir sözlə, yerişini, baxışını görmək istədim...Bir toxunuşunu, səsini dinləməyi istədim...Səninlə birlikdə olmağı ən çox bugün istədim...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!