Bir həyat hekayəsi

Bir həyat hekayəsi
Sevgi Dünyası
10.09.2017 16
Bir dostum var, Nadir. 20 il əvvəl atasını, daha sonra bacısını və qardaşını itirdi. Hamısını da son dərəcə faciəvi bir şəkildə...

Əlqərəz, dərd dərd üstə gəlirdi. Üstəlik ana da ağır xəstə və...çox kritik, insanı dalana dirəyən kasıbçılıq.

Evləndi. Başqa yol yox idi. Hansısa xoş bir səbəbə sığınıb yaşamaq lazımıydı.

Ailə həyatı qurduğu xanım isə 2 ali ‪ məktəb  bitirmişdi. Ayrıca, dünya gözəli, inanılmaz kübar, səviyyəli və namuslu da biriydi.

....Qızın bəxtinə elə ilk gündəncə əzablar yazıldı. Qaynana vəfat edən günə qədər onun qulluğunda durdu. Daha sonra isə həkim müdaxiləsi zamanı almış olduğu çox ciddi zədələr səbəbilə övladı qüsurlu doğuldu. Və...adamın başı indi də uşaqla "uğraşmağa" qarışdı.

Nadirin öz dili ilə danışaq: "Qızım anadangəlmə "sudurqa"lı olduğu üçün yoldaşım gecələri yatmırdı. "Dil getmə" prosesi artıq bizim üçün adiləşmişdi və xanım ayıq - sayıq olmasa balamız hər an ölə bilərdi...

Bir gün gecə saat 3 idi. Baxdım, Nailə yenə uşaq qucağında, yarım - mürgülü vəziyyətdə oturub. Dözmədim. Kövrəldim. Qucaqladım onu. Hıçqıraraq dedim, bağışla məni. Bağışla ki, bütün bunları sənə yaşadıram. Oysa, məndən də gözəl, məndən də imkanlı, məndən də rahat insanla ailə qurmaq sənin əsl haqqın idi"

Deyir, yoldaşım başını çiynimə dayayıb çox sakit bir tərzdə bu sözləri pıçıldadı: "Yaşadığım həyatda mənim ərimdən böyük, mənim ərimdən güclü, mənim ərimdən dəyanətli kimsə yoxdur. Dünyaya yüz dəfə gəlsəm hər şeyi gözə alıb yenə səni seçərəm"

Nadir davam edir: "Bu sözlər məni həyata qaytardı. Özümə qaytardı. Bu sözlər mənim gözümdəki sevinci, istəyi, ümidi yenidən alovlandırdı. Başladım yaşamaq uğrunda mübarizəyə. Pomidor satdım, badımcan satdım, günəbaxan satdım, lotoreya bileti satdım, yolda durub qəzet satdım...24 saat çalışdım. Sərasər, durmadan çalışdım ki, o qadının, o sözlərin haqqını verim" P.S Nadir hazırda Türkiyənin Trabzon şəhərində 2 böyük fabrikin şəriksiz patronudur. Övladı sağalıb və 3 - cü sinifə gedir. Ailəcək inanılmaz xoşbəxtdirlər.

P.P.S Ləyaqətli qadının yüksəldə bilməyəcəyi kişi yoxdur! Sadəcə bunu bilirəm. Və onların sayı hər nə qədərsə, hamısının qarşısında baş əyirəm!

***

Yaxşı pul yaxşı qadını yarada bilməz.

Fəqət, yaxşı qadın elə bir şeylər yaradar ki, YARADANIN özü belə heyrət edər!

 

Müəllif: Elşən Musayevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!