Və sən mənimsən

Və sən mənimsən
Sevgi Dünyası
10.09.2017 9
EŞQİMSƏN... Bunun sonrası yox bunu açıqlayacaq başqa bir anlayışda yox...
KÖRPƏMSƏN... Bir ana körpəsinin üzərinə necə titreyirsə məndə sənə eləyəm, gözümdən qoruyuram səni...
CANIMSAN... Bəli sən canımın canı, qanımın qanı, ürəyimin ürəyi, nəfəsimin nəfəsisən...
ÇAREMSƏN... Hər dərdimi bir şəkildə səninlə həll edirəm. Sənin sevgin mənə güc verir...
DÜNYAMSAN... Xoşbəxtliyim, kədərim, təbəssümüm, hər şeyi, səndə yaşayıram. Sən böyük dünyamsan mənim...
TƏKİMSEN MƏNİM... Bənzərsizsən, varlığınla, ruhunla, baxışınla, gülüşünlə, tokunuşunla bir dənəsən!
TUFANIM... Həyatıma girdiyin ilk zamanlarda sevgin başımı elə çevirdi ki, tufanım oldun məni oradan oraya sürüyüb gic elədin...
GƏLƏCƏYİM... Bu qəder zaman tək idi bu ruh... Dilə asan 22 il, amma artıq sən varsan, sən gələcəyimsən...
HEYAT YOLDAŞIM... Bir insanın həyatında ana ata və qardaşlarından sonra
ən əhəmiyyətli şəxsdir həyat yoldaşı... Sən də mənim bu ömür yolumda,
yoldaşım olacaqsan İnşallah...
İŞIĞIM... Səni ilk tanıdığımda dibsiz bi quyudaydım elə bil. Qapqaranlıq
soyuq bir quyu sən, mənim işığım oldun... Həm də işıqların ən gözəlisən
çünkü, sadəcə doğru ve gözəl olan hər şeyi işıqlandıran mənə sevgin ve
etibarınla...
İLKİM... Düşünürəm ki, anladın bunu, həyatımdakı bütün ilklərə sən
sahibsən ve unutma ilklər iz buraxar və iz buraxanlar unudulmaz...
ÜRƏK DÖYÜNTÜLƏRİM... Bu ürək sənsizkən atmağa qorxur, sən mənim
ürəyimin ən həyəcanlı, ən sürətli,ən yavaş ritmisən, yaşamam üçün
lazımsan!...LİMANIM... Çarəsizcə üzərkən həyat deyilən bu böyük
dənizdə, sığınacaq bir liman tapa bilməmişdim o amansız fırtınalarda.
Amma sən çıxıb gəldin limanım oldun sənə sığındım...
MÖCÜZƏM... İnanılması güc hadisələrdir möcüzələr ve gerçək varlıqlar
olar o möcüzələrdə. Bax eynilə sən! Həyat mənə sənin kimi bir möcüzə
təqdim etdi, anladım ki, mən fərqliyəm ki, səni göndərdi Tanrım mənə...
NƏFƏSİM... Sən olmadan bu ürək atmır demişdim. Atmayan bir ürək necə nəfəs təmin edər? Varlığımsan...
HƏSRƏTLƏRİM... Darıxdığım hər şeyi sənde tapıram. Uşaqlığımı, dəcəlliklərimi, qorxmadan ağlamanı...PARILTIM...
Çox vaxt deyərsen axı, gözlərin parıldayır deyə. Bax bu parıltıların
səbəbi sənsən. Yaxşı olan gözəl olan hər şeyi varlığınla
işıqlandırırsan...
ŞANSIM... Həyatdakı ən böyük şansımsan, sənə layiq olduğum üçün şanslıyam...
ÜMİDLƏRİM... Gözləmələrim həmişə sənin üzərinə qurulu, həyatdakı tək və
ən böyük ümidimsən... Unutma insanlar ümid etmədən yaşaya
bilməzlərmiş...
ZƏFƏRLƏRİM... Səni izah edən ən əhəmiyyətli söz budu bəlkə də... Sən də
qazandım hər şeyi... EŞQİMİ, SEVGİMİ, ETİBARI, HÖRMƏTİ, İNANCI,
XOŞBƏXTLİYİ, KƏDƏRİ belə....
QISASI "HƏYATI" SƏNLƏ SƏNDƏ QAZANDIM...SƏNİ QAZANDIM...VƏ SƏN ƏN BÖYÜK ZƏFƏRİMSƏN...VƏ SƏN MƏNİMSƏN...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!