Həyatda ən iyrənc duyğuların kralıdır tərk edilmək

Həyatda ən iyrənc duyğuların kralıdır tərk edilmək
Sevgi Dünyası
10.09.2017 4
Mən gecələr yatmağı bacarmıram. Yəni bacardığım çoxda bir şey yoxdur. Günün yarısını yatıram. İnsan yatanda səssizləşir, hissizləşir. Məndə hər gün hissizləşmək istəyirəm sadəcə, amma təhsil imkan vermir. Bəlkə tək çarə təhsildi, tək çıxış yoludur elm, kitablar. Amma hər şeydə bir az yorğunluq var, hər şeydə səssizlik. Hey, xoşbəxt insanlar siz heçmi bunu hiss etmirsiz? Yəqin siz evinizdə o şən musiqilərin səsini çox açdığınız üçün bizim səssizliyimizi eşitmirsiniz. Məsələn mən hər gecə özümə acı verməkdən ləzzət alıram. Narkomanın özünü o zibilə qalmış toza möhtac gördüyü kimi, məndə özümü zibilə qalmış, canımı acıdan mahnılara möhtac görürəm, sonra onları tərk edirəm, bir az göz yaşlarımgilə qonaq gedirəm, sonra onları da tərk edirəm. Bəli, sonunda mənədə tərk etməyi öyrətdilər. Eşidirsiniz məni?! Mənədə tərk etməyi öyrətdilər! Və mən özümü tərk etdim, indi hardayam heç özümdə bilmirəm. Səhər gözümü açanda belə "Hardayam?” sualına cavab axtarıram. Çünki qapını bağlıyıb çıxıb gediblər deyəsən izimi itirmişəm. Bəlkə özümü axtarışa verim? Yox, yox... Məntiqsizdir bu. Sizə başqa nə deyə bilərəm? Başqa nə yazım axı? Nə də olsa "məqaləyə görə təşəkkürlər”dən başqa heçnə yazmayacaqsınız. Çünki maraqlı deyil. Bəs sizə nə lazımdır? Məsələn mənə heçnə lazım deyil. Ümumiyyətcə heçnə...

Siz heçmi sevmədiniz ki? Hey, qızlar heçmi makiyajınız silinənə qədər hıçqıra-hıçqıra ağlamadınız? Ya oğlanlar siz? Siz də səhərə qədər siqaretin tüstüsündə ən az bir dəfə boğulmusunuz yəqinki. Siz siqaretdən boğulursuz, biz qəhərdən. İnsanlar gəlirlər, bir müddət daxildə əvvəl xoşbəxtliyi kəşf edirlər, sonra zaman zaman o xoşbəxtliyi sorurlar, sonra isə hər şeyi məhv edirlər, çıxıb gedirlər və sonda gəlmirlər. Ümidlər sonda ölür deyirlər hə? İnanmayın bu cümləyə. Sonda onsuzda bizdə öləciyik. Və ümidlərdə bizimlə birgə öləcək. Sadəcə sizə lazım olan bilirsizmi nədir? Hisslərinizdən əmin olun və bacardıqca heç kimi tərk etməyin həyatda ən iyrənc duyğuların kralıdır tərk edilmək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!