Sənsiz çox pisəm sevdiyim

Sənsiz çox pisəm sevdiyim
Sevgi Dünyası
10.09.2017 15
Hərgünüm sənsiz.. Qəmli.. Həyatın heçbir gözəlliyi məndə özünə qarşı maraq oyatmır. Əvvəllər mənə xoşbəxtlik bəxş edən, üzümdə təbəssümlərə səbəb olan tanışlarımın artıq mənə bir xeyri olmur. Sən özünlə birgə mənim bütün sevinc və xoşbəxtliyimi apardın. Məni sənsizliyə atdın.



Hər günümü səni düşünməklə keçirdirəm. Hər anımda sən varsan sevdiyim. Ah bu sənsizlik necədə zoruymuş, səni görməmək, sənə toxunmamaq, sənin nəfəsini hiss etməmək.. Ölsəm bəlkədə daha yaxşı olardı.. Sən həmişə mənə mələyim, şirinim, həyatım deyərdin. Ama mən sənə təkcə sevdiyim deyərdim. Bir gün mənə belə bir sual verdin sevdiyim bilmirəm yadındadırmı : "Sən mənə niyə sadəcə sevdiyim deyirsən? Mən də sənin canın deyiləm?”.. Mənsə sadəcə gözlərinin içinə baxıb gülümsünmüşdüm. Ama sən hardan biləsənki sənin mənim canım nədi büsbütün nəfəsim olduğunu.



Həmin o xoş günlərimizdə də içimdə bir qorxu vardı sevdiyim, o qorxuki birdən sənə canım olduğunu desəm canımı çox incidərsən.. Qorxularım boşa deyilmiş sevdiyim hamısı gerçək oldu. Başa düşmədiyim səbəblərin mənim canımı çox incitdi. Bilirəm bu sevginin əzabını çəkən təkcə mən deyiləm səndə çəkirsən ama nə olardıkı mübarizə aparardıq. Alınmayacağını başa düşsəkdə ən azından biz mübarizəmizi apardıq deyərdik... Ehhh.. Kimə deyirəmki mən bu sözləri sən yenədə "sən məni başa düşmürsən balacam” deyib üzünü çevirəcəksən məndən...

Ama sənə bir şey deyimmi sevdiyim?... Mən açılan sabahımda ümid edərək sənin dönəcəyini gözləyirəm. Çünki, sənində məni sevdiyinə adım kimi əminəm. Buda mənə hərgün sənə görə yaşamağa ümid verir. Səndə məni çox gözlətmə xaiş edirəm tez dön gəl mənə.. Sənsiz çox pisəm sevdiyim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!