Mənim atam

Mənim atam
Sevgi Dünyası
10.09.2017 11
Bizim sənlə olan hekayəmiz hələ mən dünyaya gəlmədən öncə başlamışdı. Mən hələ yox idim, lakin sən məni artıq səbirslizliklə gözləyirdin. Bəlkə də, həyatın boyunca heç nəyi heç vaxt bu qədər gözləmədiyin kimi. Sən məni bütün qəlbinlə sevirdin, qulağını anamın qarnına yaxınlaşdırırdın.



Anam danışırdı ki, sən doğum evinin pəncərəsinin altında hisslərin səni boğa-boğa nəsə ona ucadan deyirdin. Palataya buraxılmayan o aldığın gül dəstəsini yellədərək mahnı oxuyurdun, anam isə eşitmirdi, çünki pəncərə açılmırdı. Sənsə bunu bildiyinə baxmayaraq, yenə də qışqırıb oxumağa davam edirdin.



Uşaqlıqda məni çarpayımın üzərində tutduğun əllərin yadımdadı. Və ya məni göyə atıb tutduğunda qorxu və heyrətdən qışqırmağım da yadımdadı. Və mən həmişə bilirdim, sən məni tutacaqsan.



Məhz sən bütün müəllimlərimin içində ən səbrli və diqqətcil idin, məhz sən bu həyatı sevməyi və tanımağı öyrətdin. Sən həmişə mənim qeydimə necə qalmağı bilirdin. Necə bilirdin?! Çalışırdın )



Bilirsən, bəzən sənə və sənin əllərinə ehtiyacım olurdu. Mən bilirəm ki, sən çox işləyirsən, lakin bilirəm ki,sən bunu bizə görə edirsən.



Bant və iri qladioluslar olan ən birinci - birinci sentyabr yadında? Sən çox məğrur və gülməli idin, sanki birinci sinifə mən yox, sən gedirsən.



Yuxarı siniflərdə bizim dalaşmaqlarımız yadında? Sənin o baxışlarının altında yerin dibinə girmək istəyirdim, lakin mənim kədərli "bircə anaya demə" sözümdən sən dərindən nəfəs alırdın və .. məni ört basdır edirdin.



Sən həmişə mənim uğurlarıma sevinirsən və mən səninlə fəxr edəm deyə əlindən gələni edirsən. Və mən səninlə fəxr edirəm, çünki sən mənim anamı xoşbəxt etməyi bacarırsan.



Sən mənə təkcə öz həyatımdan başqa digərlərinin də həyatına hörmət etməyi öyrətdin. Sənin dərslərin yaddaşımda həmişəlik qaldı. Lakin sən hərdən avtomobili elə idarə edirsən ki, kəmərlə səni bağlamaq istəyirəm.



Sən mənim seçimimə hörmətlə yanaşırsan. Hətta "bütün yaxşı kişiləri analarımız götürdü" deyə düşündüyüm zamanda, atamı mənə xatırladacaq bir insana rast gəldim. O, – təbbi ki, sən deyilsən, lakin ona baxanda mən tez-tez səndən düşünürəm.



Mən sənin başındakı ilk ağ tüklərini və çox cavan olan gözlərini xatırlayıram.

Mən hər şeyi xatırlayıram, bütün bu şeyləri xatırlayıram, atacan...



Mənim atam.

Mənim papam.

O başa düşər, o, həmişə dəstək olar, hər nə olsa belə.

O – gücdü. O – dayaqdı. Sadəcə ona görə ki, o, mənim atamdı, o mənim qoruyucu-mələyimdi. O mənim arxamdı.



Hər bir insana ata lazımdı. Ata.. təkcə söz deyil.



Və bilirsən, əgər məndən soruşsalar: "Dünyada ən yaxşı ata kimindi?", mən cavab verərəm – "mənim". Bəlkə də bu belə deyil, ama mən öz atamın patriotuyam!"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!