Yarımçıq öldüm sadəcə

Yarımçıq öldüm sadəcə
Sevgi Dünyası
10.09.2017 5
Bir eşq hər anlamı ifadə edə bilər. Amma hər anlam bir eşqi ifadə edə bilməzmiş, anladım. Mən hüzursuzluğa aid xoşbəxtlikmişəm. Və bu xoşbəxtliyin çarəsi yoxdur, bilirem. Bilirəm və geri çəkilirəm.. Siman mənə unutdurduqlarımı və itirdiklərimi geri qaytarır. Sən bunu hiss etmirsən. Polis qiyafəti geyinmiş oğru kimisən. Itirdiklərimi geri qaytaranda qəlbimi oğurlayırsan. Amma oraya girmirsən. Qırırsan.. bilmirsən !!!

 Onsuz da heç bir ürəyi qırmadan ora girmək olmaz , elə deyilmi ? Qırılmış bir qəlb səni içində niyə gizlədir, bilirsənmi? Bilmə ! Çünki biz itirənlərik.. Bizim bəxtimiz üzümüzə gülməz, bizim bəxtimiz arxamızdan diş ağardar. Həmişə hara getdiyimizi soruşarlar; nələrdən qaçdığımızı heç kim bilməz. Bizi ya sevməzlər, ya da sevirmiş kimi görünərlər.. Buna görə də nə sağalar, nə də ölər bu yara. Sən bizi düşünmə. Məhv olmamışam. Yarımçıq öldüm sadəcə..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!