Sus!

Sus!
Sevgi Dünyası
10.09.2017 6
Eşq hökm etməz; tərbiyə edər...



Tərbiyə olunmayacaqsansa SUS!



Aşiq olduğunda sadiq olarsan, çünki aşiq olasran.



Sadiq ola bilməyəcəksənsə SUS!

 

Eşq : ciddi bir ağıl xəstəliyidir.



Ağlın sağlam qalacaqsa SUS!



Sevgi ölümdən güclüdür. Ölümün sevgini öldürəcəksə SUS!



Əsl sevgi odur ki, özünə belə bağışlaya bilmədiyin səhvi,



ona bağışlaya biləsən.Bağışlaya bilməyəcəksənsə SUS!



Əgər yalnız söz hədiyyə edirsənisə, o zaman qulaq ilə sevmək məcburiyatdir.

 

Qulaqları sevdirəcəksənsə SUS!

 

Sevgi, səssizkən belə danışa bilməkdir.



Susqunlugun danışa bilməyəcəksə SUS!



İnsan nə mələkdir, nədəki heyvan.



Nə heyvani sevməlidir, nədə ilahiyəvi.



İnsan, insan kimi sevməlidir. Sevgində insanlıq olmayacaqsa SUS!



Xəyal və həqiqət sevgidə birləşir.



Xəyalının həqiqətində mən yoxamsa SUS!

 

Sevgi yeganə varlıqdır ki, hətta müdrik insan belə onun qarşısında baş əyir.Qarşımda başın dik qalacaqsa SUS!



Sevgi melanxoliyanın bir növüdür.



Qarşımda hələ də xolerik qalacaqsansa SUS!



Bütün sevənlər edə biləcəklərinin daha çoxunu edəcəklərinə and içirlər,lakin edə biləcəklərini belə etmirlər.

 

Ətalət qanunun hökm sürəcəksə SUS!



Sevgi mövzusunda səhv seçkidən danışmaq səhvlikdir,

onsuz da seçki varsa o səhvdir. Sevgidə seçkin hökm edirsə SUS!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!