Sevgiliniz Sizinlə Xoşbəxtdirmi?

Sevgiliniz Sizinlə Xoşbəxtdirmi?
Sevgi Dünyası
10.09.2017 64
Sizinlə xoşbəxt olduğunu göstərən müsbət işarələr :
Sizin yanınızda olarkən duruş şəklinə baxın. Sizin üçün hər şeyini qurban vermiş kimi görünsə də ən çətin anınızda sizi yalnız qoya bilər. Lakin buna təktərəfli mövqedən baxmayın. Əsas səbəbkarın kim olduğunu araşdırıb tapın.
Gözlərinə xüsusi diqqət edin. Əgər sizinlə danışarkən və ya bir şeylər bölüşərkən davamlı olaraq gözlərinizə baxırsa bu, o deməkdir ki, ona təsir edirsiniz. Bu da sizə hissləri olduğuna bir işarədir.

Sizdən uzaq dayanmağa çalışırsa o zaman onun üçün bir tanışdan başqa biri deyilsiniz.

Sizə qarşı münasibəti də olduqca vacib məsələlərdəndir. Belə ki, hər zaman əlinizdən tutması müsbət bir işarədir.

Sevgilinizin əllərinin tərləməsi, isti olması da xeyrə işarədir. Belə ki, bunlar göstərir ki, o sizi gördükdə həyəcanlanır.

Ona bir şeylər danışdıqda sizi dinləyib-dinləmədiyini anlamaq istəyirsinizsə yalnızca onun başı ilə sizi doğruladığına fikir verin. Əgər başını hərəkət etdirmirsə demək ki, sizi dinləmir.

Sizinlə xoşbəxt olmadığını göstərən mənfi işarələr :
Sevgiliniz sizinlə olarkən qollarını bükürmü? Bu sizin aranızda bir məsafə və ya divar yarada bilər.

O tez-tez əsnəyirsə, bu da mənfiyə işarədir. Demək ki, sizinlə olmaq ona maraqsız gəlir.

Söhbətiniz əsasında əcaib sözlər, hərəkətlər edirsə demək ki, siz "boş divarla" danışırsınız.

Sizin yanınızdaykən sizdən başqa hər şeylə maraqlanırsa diqqətli olun.

Bəzən olur ki, nə etsəniz belə münasibətinizdəki istiliyi əldə edə bilmirsiniz. Həmişə aranızda səbəbsiz bir soyuqluq var və əgər pis gününüzdə sevgiliniz yanınızda deyilsə siz yalnızca özünüzü aldadırsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!