Qadın

Qadın
Sevgi Dünyası
10.09.2017 12
Allah qadını yaratmaq üçün 6 gün gecə gündüz çalışırdı. Bir gün
mələklərdən biri soruşur: " Sən nə üçün onun üzərində bu qədər
işləyirsən?"

Allah cavab verdi:- Bəs sən onu yaradacağım parametrləri görmüsən? " O
gərək yuyucu olsun, amma plastmasdan yaradılmasın, 200-ə yaxın hərəkət
edici hissələrdən ibarət olmalıdır və onların hər biri əvəzedilməz
olmalıdırlar, o gərək bütün yeməklərdə işləməlidir, bir neçə uşağı
qucaqlaya bilməlidir və bununla da bütün yaraları - diz ağrısından
tutmuş ürək ağrısına qədər sağaltmalıdır. Bütün bunları isə o yalnız iki
əli ilə bacarır..."

Mələk təəcübləndi: - İki əli ilə...axı bu mümkün deyil. Bu standart modeldir. Burada çox iş var, saxla sabah davam edərsən.

" Xeyr - Allah cavab verdi. " İşimin nəticəsinə çox az qalıb və bu mənim
ən sevimlıi əməyim olacaq". " O xəstələndiyi zaman özü sağala bilər,
hətta sutkada 18 saat işləməsinə baxmayaraq".

Mələk bir az da yaxınlaşdı və qadına toxundu :- O necə də zərifdir..."

" Bəli, o zərifdir, lakin mən onu həm də güclü etmişəm. Sən heç
təsəvvürünə gətirə bilməzsən ki, ona nələrə sinə gərib, nələrə dözə
bilər."

" Bəs o düşünə bilir? " - deyə Mələk sual verdi.

" O nəinki düşünmək, hətta inandırmağı, razılaşmağı da bacarır "

Mələk qadının üzünə toxundu - "deyəsən o əriyir! "

" O ərimir... bu göz yaşlarıdır" - deyə Allah cavab verdi.

- Bəs bu göz yaşları nə üçün lazımdır?

- Göz yaşları ilə o öz kədərini, şübhələrini, sevgisini, yalnızlığını, sevincini bildirir.

" Bu inanılmazdır - mələk təəccübünü gizlədə bilmədi - Allahım sən hər
şeyi düşünmüsən. Qadın doğrudan da valehedici, fövqəladə varlıqdır "

- Bəli, bu belədir. Qadında kişini heyrətləndirən güc var. O ağrı - acı
ilə mübarizə aparıb, həyatın ağırlıqlarına dözə bilir. O xoşbəxtlik,
sevgi və anlayışı özündə birləşdirir. Qışqırmaq istədiyi zaman gülür,
ağlamaq istədiyi zaman isə oxuyur. Xoşbəxt olduğu zaman ağlayır,
qorxduğu zaman isə gülür. O ondan oğurlanılan uğrunda mübarizə aparır.
Ədalətsizliyə qarşı çıxır. Düzgün qərar gördüyü zaman razılaşır. Ailənin
əmin-amanlığı üçün bütün varlığını qurban edir. Sevgisi sözsüzdür.
Övladları üçün sevincindən ağlayır. Dostlarının uğuruna sevinir.
Yaxınları, sevdikləri vəfat edəndə ürəyi parçalanır, lakin həyata davam
etməyə özündə güc tapır. O bilir ki, sevgi, istək bütün yaraları
sağaldır.

Onun bircə mənfi xüsusiyyəti var: O daim öz qədr-qiymətini unudur..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!