Kişilər, əslində, hansı səbəbdən xəyanət edir?

Kişilər, əslində, hansı səbəbdən xəyanət edir?
Sevgi Dünyası
10.09.2017 23
Kişilərin xəyanət etmə səbəblərindən biri də bəlli oldu.
 
Türkiyədə cinsi sağlamlıq üzrə araşdırmaçı alimlər bir neçə qadının
tərbiyəsi altında böyüyən kişilərin öz həyat yoldaşına daha çox xəyanət
etdiyini iddia edib.
 
3 yaşına qədər olan dövrdə ananın səsi, qoxusu, temperaturu,
qayğısı və hətta baxışları uşağın psixologiyasına dərindən təsir edir.
Lakin işgüzar qadınlar ana olduqdan sonra seçim etmək məcburiyyətində
qalırlar. Onlar uşaqlarını dayə və ya yaxın insanların yanında
qoyurlar. Aparılan araşdırmalar nəticəsindəməlum olub ki, birdən çox və
bir-birindən fərqli fiziki və emosional fərdlər tərəfindən böyüdülən
oğlan uşaqları bir adama bağlana bilmirlər. Buna belə bir misal çəkə
bilərəm: sarışın-ağ dərili bir ana və əsmər-tünd dərili bir qayınana,
yaxud incə qara gözlü bir ana və kök mavi gözlü bir baxıcının böyütdüyü
uşağın psixologiyası qarışır. Bu hal uşağın şüuruna təsir edir və gənc
yaşlarında, evlilik illərində bu problem özünü göstərməyə başlayır.
Ancaq bu, birdən çox və fərqli xüsusiyyətdə qadınlar tərəfindən
böyüdülən hər kişiyə aid edilmir. Hər zaman olduğu kimi burada da
istisnalar ola bilər”.
 
Xatırladaq ki, daha əvvəl aparılan araşdırmalarda ailədə atanın
xəyanət etməsinin də oğlan uşaqlarının psixologiyasına təsir etdiyi
iddia olunurdu. Belə ki, əgər ata xəyanət edirsə, oğulun da gələcəkdə öz
həyat yoldaşına xəyanət etmə ehtimalı yüksək olduğu bildirilmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!