Pula olan sevgi,yoxsa...

Pula olan sevgi,yoxsa...
Sevgi Dünyası
10.09.2017 27
Günlərin bir günü mağazaların birində bir satıcı baş satıcıya yaxınlaşaraq deyir:

– Əgər mənim bir müştəridən xoşum gəlmirsə, nə etməliyəm?



Baş satıcı:

– Xoşuna gəlmir?



Satıcı:

– Bəli. Axı bəzən belə olur hər hansısa insan səndə mənfi emosiyalar yaradır. Öz xarici görünüşü, geyim tərzi, davranış ilə  və s.



Baş satıcı:

– Maraqlıdır. Bəs görəsən həmin müştərinin pulu var?



Satıcı:

– Yəqin ki… yəni… əlbətdə müştərinin pulu olur.



Baş satıcı:

– Bəs elə olur ki, sənin pullardan xoşun gəlmir?



Satıcı təəccüblənərək deyir

– Pullardan? Xeyir. Mənim pullardan çox xoşum gəlir.



Baş satıcı dəqiqləşdirərək:

– Yəni sən pulları sevirsən?



Satıcı:

– Bəli, belə demək olar.

Qəfildən satıcı baş satıcının nə demək istədiyini anlayır və gülümsəyir.



Baş satıcı:

– Hər dəfə hər hansısa müştəridən xoşun gəlməyəndə bir qərar ver: sənin pullara olan sevgin daha güclüdür, yoxsa müştəriyə qarşı olan antipatiyan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!