Axı, uşaq öldürmək cinayətdir!

Axı, uşaq öldürmək cinayətdir!
Sevgi Dünyası
10.09.2017 12
Bir qadın narahat olmuş halda ginekoloqun yanına gəlib deyir:

- Həkim, mənim ciddi bir problemim var, Uşağımın hələ bir yaşı yoxdur, amma mən yenə hamiləyəm. Ümidsiz vəziyyətdəyəm və mənə sizin yardımınız lazımdır!

Həkim soruşdu: "Yaxşı, indi siz mənə nə təklif edirsiz?"

Qadın dedi: "İstəyirəm ki, siz mənim hamiləliyimin qarşısını alasız.

Həkim bir az düşündü və bir müddət susqunluqdan sonra qadına deyir: "Düşünürəm ki, mənim sizin üçün daha yaxşı çıxış yolum var. Həm də bu, sizin üçün daha az təhlükəlidir."

Həkimin onun tələbini yerinə yetirəcəyini güman edən qadın təbəssüm etdi.

Bu zaman həkim sözünə davam etdi: "Sizə görün nə təklif edirəm, iki uşağa eyni anda qulluq göstərməmək üçün, gəlin qucağınızda olan uşağı öldürək. Bu zaman siz ikinci uşaq dünyaya gələnə qədər bir müddət istirahət etmiş olarsız. Əgər biz bir uşağı qətlə yetirmək istəyiriksə, onlardan hansı birinin olması arasında fərq yoxdur. Əgər siz dünyaya gəlmiş uşağınızı öldürsəz, bu halda sağlamlığınızı da təhlükə qarşısında qalmaz.

Qadın qorxaraq qışqırır: "Yox, həkim! Bu ki, dəhşətdir! Axı, uşaq öldürmək cinayətdir!"

"Razıyam, - deyə həkim cavab verdi. Amma mən elə güman edirdim ki, siz buna getməyə hazır idiniz və mən belə düşündüm ki, bu daha yaxşı çıxış yolu ola bilər."

Həkim gülümsündü və anladı ki, o, öz hədəfinə çatıb.

Həkim gənc ananı başa saldı ki, dünyaya gəlmiş uşaqla bətndə olan uşağı qətlə yetirmək arasında heç bir fərq yoxdur.

Hər ikisi cinayətdir!

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!