Gülümsəmək çətindir bəzən...

Gülümsəmək çətindir bəzən...
Sevgi Dünyası
10.09.2017 15
Gülümsəmək çətindir bəzən; Boğazındakı düyün varlığını tez-tez
hiss etdirərkən. Göz bəbəklərin dolu, ürəyində davamlı bir sızı
varkən...



Gülümsəmək çətindir bəzən; Ən güvəndiyin insanlar səni tərk etmiş,
kütlənin orta yerində təkliyi özünə can yoldaşı etmişkən...



Gülümsəmək çətindir bəzən; Sevdiklərin bir-bir boşluqda itib
gedərkən və səsin arxalarından qışqırmaq üçün cılız qalmışkən...



Gülümsəmək çətindir bəzən;
 Həyat çiyinlərində bütün ağırlığıyla
özünü hiss etdirərkən və yaşamaq yalnız nəfəs alıb vermək olmuşkən...



Gülümsəmək çətindir bəzən;
Ağlayan bir uşağın gözyaşlarında
boğularkən ya da bir insana kömək edə bilməməyin əzikliyini
yaşayarkən...



Gülümsəmək çətindir bəzən; Bu dünyada bir kütlə olmaqdan, kənara keçə bilmədiyin tez-tez xatırladılmışkən...



Gülümsəmək çətindir bəzən; Sevənlərin sevdiklərinə,
dostların dostlarına, övladların valideynlərinə, insanların insanlara
etdiklərinə şahid olmuşkən...



Gülümsəmək çətindir bəzən; Gözəl günlərini səssizcə
dünənə təslim edib, sabaha ümidsizcə baxarkən və bu günü peşmançılıq
içində yaşaya bilməzkən...



Gülümsəmək çətindir bəzən; Hər kəs üstünə gəlib səni
əzərkən, əzilməyə baş qaldıra bilməzkən və öz gözündə belə kiçilərkən...



Gülümsəmək çətindir bəzən; Bütün kədərli mahnılarda özünü görüb içdən-içə ağlayarkən...



Gülümsəmək çətindir bəzən; Keçmişi xatırlamaq acı
verərkən. Və keçmişə baxdığında yalnız səhvləri görərkən...



Gülümsəmək çətindir bəzən;
 Həyat ilə ölüm arasında seçim etmə nöqtəsinə gəlib, amma həyatı seçməmişkən...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!