Mühakiməyə tələsməyin!

Mühakiməyə tələsməyin!
Sevgi Dünyası
10.09.2017 28
Yaşlı bir kişi təqribən 25 yaşlı oğlu ilə qatara minir. Demək olar
ki, bütün sərnişinlər yerlərində oturmuşdular. Nəhayət qatar yola düşür.
 

Pəncərənin yanında oturmuş 25 yaşlı oğlan çox həyəcanlı idi.
Əlini pəncərədən çölə çıxardır və hərəkət halında olan havadan ləzzət
alırdı. Uca səslə atasını deyir: Ata baxırsan, ağaclar hərəkət edir.
Yaşlı ata təbəssümlə oğlunun həyəcanını heyranlıqla qarşılayırdı.
 

Cavan oğlan və gənc bir ailə də onların kənarında əyləşmişdi
və onların danışıqlarını eşidirdilər. 25 yaşlı oğlanın özünü 5 yaşlı
uşaq kimi aparmasına təəccüb edirdilər.
 
Oğlan yenə də iki dəfə həyəcanlı vəziyyətdə fəryad çəkir: Ata bax, çay, heyvanlar və buludlar qatarla birlikdə hərəkət edir.
Gənc ailə oğlana ürəkağrısı ilə baxırdılar.
Yağış yağmağa başlayır. Yağışın damcıları oğlanın əlinin üstünə
sıçrayırdı. O yağış damcısının ləzzətini hiss edirdi. Gözlərini yumub
yenə də fəryad çəkir: Ata bax, yağış yağır. Yağışın suyu mənim üstümə
damcılayır.
Gənc ailə dözə bilməyib yaşlı kişidən soruşurlar: Oğlunuzu müalicə etdirmək üçün nə üçün həkimə müraciət etmirsiniz?
Yaşlı kişi cavabında deyir: Biz elə bu dəqiqə xəstəxanadan gəlirik. Oğlum həyatında birinci dəfədir ki, görür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!