Həzrəti Peyğəmbərin (sav) dillərə dastan pişik sevgisi

Həzrəti Peyğəmbərin (sav) dillərə dastan pişik sevgisi
Sevgi Dünyası
10.09.2017 25
Bir gün bunu edəcəyimi heç düşünməmişdim. Hər təklif edildiyində
bitərəf qaldığım şeyi etdim. Sonunda "Ümmü Hüreyrə" oldum! Evimizdə
sevimli bir pişik var, artıq. Gündüz yatarkən izləyirik onu ... Gecə və
xüsusilə səhər namazı vaxtı isə tam bir enerji partlamasıyla evi
hərəkətə keçirir evin kiçik fərdi. Oradan oraya qaçır, tullanır.
Kompüterdə çalışarkən yanımızda dayanıb  baxanda mənalı baxışı hamımızın
xoşuna gedir.
 
İnsanlar arasında "nankor" olaraq adlandırılması qətiliklə
haqsızca bir ittiham. Çünki bu gözəl canlılar nemətə deyil neməti
verənə, yəni Allaha (cc) şükür  edirlər. Bu xüsusiyyətləri səbəbiylə
Əfəndimizin (sav) yanındakı yerləri ayrıdır.
 
Həzrəti Peyğəmbərin (sav) pişik sevgisi olduqca diqqət çəkicidir.
Bir rəvayətdə Uhud Döyüşünə gedərkən balalarını əmizdirən pişiyin
ordudan zərər görməməsi üçün bir əsgərin onu qorumaqla vəzifələndirdiyi
nəql edilər. Savaş dönüşü Əfəndimizin (sav) o pişiyi sahibləndiyini və
adını da muezzam qoyduğu gələn rəvayətlər arasındadır. Yanından bir
pişik keçirsə yanındakı suyu uzadıb, içməsini təmin etməsi, Əfəndimizin
(sav) pişiklərə olan məhəbbətinə ayrı bir nümunədir. Əfəndimiz (sav);
"Şübhəsiz ki, pişik nəcis (murdar) deyil, o da ev xalqından biridir."
Buyurur.
 
Birlikdə keçirdiyimiz qısa zamanda hədisin təzahürünü yaşayırıq.
Hər yeməkdən sonra dəqiqələr sürən təmizliyini izləyirik. Tualet
ehtiyacını qum dolu bir qaba etmə mövzusunda həssaslığı və sonra o
nəcasəti sürətlə qumla örtməsi bu heyvanı daha bir fərqli edir insanın
nəzərində. Tüpürcəyi axmayan, təmizliyə çox diqqət göstərən bu
canlıların ağızlarının dəydiyi su İslam baxımından mundar deyil; o su
ilə dəstəmaz alına bilər. Əfəndimiz (sav) Hz. Aişənin (r.anha) rəvayət
etdiyi hədisdə, pişiyin içdiyi sudan qüsl dəstəmazı aldıqlarını xəbər
verir.
 
Səhabələr bir gün Hz. Əbu Hüreyrə (ra) haqqında Əfəndimizə
(s.ə.s.) məzəmmətdə bulunurlar: Küçədən pişik yığıb onları evinə
apardığını izah edirlər. Əfəndimiz (sav) bunun səbəbini Əbu Hüreyrəyə
(ra) soruşduğunda o, ac və sahibsiz pişikləri evə aparıb qarınlarını
doyurduğunu söyləyir. Əfəndimiz (sav) onun bu hərəkətini çox bəyənir və
ona "pişik atası" mənasını verən Əbu Hüreyrə ləqəbini verir.
 
İslam böyüklərinin həyatında pişiyin yeri xüsusidir. Ustad
Bədiüzzaman Həzrətləri bir əsərində pişiklərdən bəhs edərkən, bu
heyvanların təsbihlərinə şahid olduğunu izah edir. Bir gecə vaxtı
yastığının yanında mır-mır səs çıxaran pişiyin bir az diqqət edəndə, "Ya
Rahim, Ya Rahim!" Dediyinin şahidi olur.  Pişiklər evdə bərəkət
vəsiləsidir. Ustad Həzrətləri evində qonaq etdiyi dörd pişikdən gördüyü
bərəkəti izah yenə bir əsərində.
 
Əhməd Rufai Həzrətləri, paltarının üzərində yatan pişiyi narahat
etməmək üçün pişiyin yatdığı yeri kəsər. Bu davranış Əfəndimizin (sav)
hərəkətidir əslində və sünnədir. Çünki, Həzrəti Peyğəmbər (sav) cübbəsi
üzərində yatan bir pişiyi, namaz vaxtı girəndə narahat etməmək üçün
pişiyin paltar üzərində yatdığı yeri kəsmişdir.
 
Hər hansı allergik bir narahatlıq yoxsa; evimizin içində bir
heyvan bəsləmək uşaqlarımıza müsbət təsir edə bilər. Özündən kiçik və
ona möhtac bir canlı ilə yaşamaq, onun məsuliyyətini almaq uşağa təhsili
baxımından bir fürsət ola bilər. Məsələn, heyvanın yemək və su
sorumluğunu uşaqlarımıza verə bilərik. Bu aciz heyvanların baxımını
boynuna götürən uşaq irəlidəki illərdə daha böyük məsuliyyətlərin altına
daha asan girə bilər. Canlılara qarşı mərhəmət duyğuları daha yaxşı
inkişaf edər.
 
Bununla bərabər  daha gözəl bir şey var ki, onu bildirmədən keçə
bilməyəcəyəm. Evdə bəzən vaktimizi televiziya qarşında, kompüter başında
keçiririk. Uşaqlar da onlara zərərli olacaq qədər kompüter başında vaxt
keçirir. Evdə qonaq ediləcək kiçik bir heyvan ailə fərdlərinin ortaq
keçirəcəkləri vaxtın daha fərqli qiymətləndirilməsinə səbəb ola bilər.
Bu kiçik və şirin canlıların oyunlarını, maraqlı hərəkətlərını izləmək,
onlarla zaman keçirmək xüsusilə uşaqlarımızın çox xoşuna gedər.
 
Bu sevimli heyvanlara evimizi açaraq və ya sahib çıxıb
maraqlanaraq, böyük xeyrlərə vəsilə ola bilərik. Ən əhəmiyyətlisi
Həzrəti Peyğəmbərin (sav) bir sünnəsini həyatımıza keçirmiş olarıq.  Həm
də  aciz bir canlıya sahib çıxmanın savabı göz ardı edilə bilməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!