Sabahı ümidli olan bir sevgi...

Sabahı ümidli olan bir sevgi...
Sevgi Dünyası
10.09.2017 1
Ömrünün sonuna 25 gün qalıb dedi həkimlər.Onsuz da bu xəbəri çoxdan
gözləyirdi.Daim yalnız qalmağı sevər,yalnız qaldğı axşamlar ulduzlara
baxmağı sevərdi.Son günlər isə demək olar ki,heç gülmürdü
də.Ailəsi,dostları əlindən gələni edirdi.Amma yenə də xeyri yox idi.

Bir gün yenə ulduzları seyr etmək üçün axşam üstü evdən çıxdı.Parka
gedən yolda bir qızla toqquşdu.Ayağa qalxdılar.Göz-gözə gəldilər...
Artıq hər gün görüşürdülər.Sanki bir-birləri üçün yaradılmışdılar.

Ömrünün son dəqiqələrinə 3 gün qalmışdı artıq.O isə hələ də
açıqlamamışdı sevdiyinə öləcəyini.Əlinə kağız qələm aldı və sevgilisinə
bir məktub yazdı və anasından xahiş etdi ki,bu məktubu sevdiyinə o
öləndən sonra versin....Son 3 günü də o sevgilisinə heç nə demədi.Son 3
gün daha təlaşlı idi onunçün.

Bir səhər gözləri açılmadı.Ürəyi də dəqiqələr,saniyələr keçdikcə daha
da zəif döyünürdü.Son dəfə güclə gözlərini açdı.Hava çiskinli,dumanlı
idi.Yağış yağırdı.Ulduzlar da yox idi...Birdən bağlandı o
gözlər...Dayandı o qəlb...Bir tufan qopdu sanki o dəqiqə.Sevdikləri göz
yaşıyla yola saldılar onu son mənzilə...Artıq o yox idi... Sevgilisi
nəhayət ona yazılan məktubu aldı.Məktubda yazılmışdı: "Sevgilim,

Məni qınama...Gedəcəyimi bilirdim.Amma unutdurdun sanki bunu mənə.Sən
xoşbəxt elədin məni ömrümün son günlərində.Çox sağ ol həyatım...Sənə bu
kədəri yaşatmaq istəməzdim,inan.

Sən bu sözlərimi oxuyanda artıq mən bu dünyada olmayacağam.Amma bunu
bil ki,mən səni çox sevdim.Üzdə gülüb,içimdə daim ağladım.Bunun necə
ağır və çətin olduğunu bir mən bildim,bir də uca Allahım.

Səndən son bir istəyim var.Məni bir şirin xatirə kimi xatırla.Məni unutma...Daim yaşat məni qəlbində.Və unutma ki,

MƏN SƏNİ HƏMİŞƏ SEVMİŞƏM... ƏLVİDA...” Qiz məktubu göz yaşları
içərisində oxudu.Kaş bu məktubun sonu gəlməyəydi.Yoxluğu artıq onu daha
da çox sıxırdı...Səhəri gün ilk işi qəbiristanlığa getmək
oldu.Sevgilisinin məzarı üzərinə uzandı və hıçqıraraq dedi: -Səni heç
vaxt unutmayacağam,indi mənimlə olmasan belə... Sabahı ümidli olan bir
sevgi beləcə əbədiyyətə qovuşdu...скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!