Etdiklərinlə kiçilmisənsə, sözlərinlə böyüyəcəyini düşünmə...

Etdiklərinlə kiçilmisənsə, sözlərinlə böyüyəcəyini düşünmə...
Sevgi Dünyası
10.09.2017 28
Bir gözəllik et özünə... Sadəcə sahib olduqlarını düşün, xoşbəxt ol onlarla. Sahib olmadıqların peşman olsunlar səninlə olmadıqlarına..

Paul Auster



Həyatda heç kimi dəyişdirə bilməzsən və heç kim üçün dəyişməməlisən. Nə sən başqası üçün məcburi istiqamətsən, nə başqası sənin üçün. Yorma özünü. İcazə ver həyatına yoldaşlıq etmək istəyənlər səninlə gəlsin.

Charles Bukowski



Görəsən daha neçə 60 saniyə var küsməyə, barışmağa, tanış olmağa, aşiq olmağa. Axı neçə 60 saniyə daha var yaşamağa və ölməyə? Əl uzadıb günəşi saxlamağa və zamanın qarşısına keçməyə? İndi darıxıb, lakin vaxtı ilə heç axtarmadığın, sonra isə dəfn mərasimini belə qaçırdığın dostunu görməyə?

Yalçın Ergir



Bəzən insanlardan uzaq durmalısan,

Səni önəmsəyirlərsə yoxluğunu hiss edəcəklər,

Etməsələr, onlara "əlvida" deyəcəksən...

M. Anderson



Ən çox xoşumuza gələn insan özümüzə bənzətdiyimiz insandır.

Moliere



Xəyalları olan lakin biliyi olmayan adamın, qanadları vardır amma ayaqları yoxdur.

Artur Şopenhauer



Mənim arxamca gəlmə; mən yola rəhbərlik etməyə də bilərəm. Mənim önümdə getmə; sənin arxanca gəlməyə də bilərəm. Gəl mənimlə bərabər yeri və dostum ol.

Albert Camus



Kim zərər verə bilər sənə səndən başqa? Kim doldura bilər içindəki boşluğu əgər sən istəməsən? Kim xoşbəxt edə bilər səni , əgər sən buna hazır deyilsənsə...

Nietzche



Etdiklərinlə kiçilmisənsə, sözlərinlə böyüyəcəyini düşünmə ...

Sədi Şiraziскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!