Cavabsız sevginə cavab

Cavabsız sevginə cavab
Sevgi Dünyası
10.09.2017 19
Ətrafdan keçənlərə gülüsəyəndə mülayim simaları görmək insanın əhvalını
yüksəldir… Kiməsə SMS yazanda cavab almaq səni sevindirir… Etdiyin
hansısa gözəl jestə qarşılıq görməyəndə isə narahat olursan. Ən pis hal
isə sənə vacib olan hisslərinin həyatda cavabsız qalmasıdır. Narahatlıq,
küsülülük, qəzəb – bütün bunlar boğazına tıxanıb, səni nəfəs almağa
qoymur. Və düşünürsən ki, əgər sən bu insana lazım deyilsənsə, demək,
heç kimə lazım deyilsən. Cavabsız sevgi ilə necə yaşamalı?



Sizə cavabsız sevginin səbəblərini və çıxış yolunu təqdim edirik:



Sən eşqə düşmüsən

Uzun müddətdir ki, sevgilin yox idi. Heç kimi bəyənmirdin. Amma
qəfildən kiməsə aşiq oldun. İndi sən anlayırsan ki, «sevən kəsin
dincliyi yoxdur» ifadəsi heç də məcazi mənada deyilmir. İndi sən
saatlarla səhər nə geyinəcəyini düşünürsən, onu görüb-görməyəcəyin isə
heç məlum da deyil. Saatlarla Facebook-da onun səhifəsini axtarır, yeni
məlumatlar əldə etməyə çalışırsan. Tək qalanda eyvana çıxır, saatlarla
ulduzlara baxır və xəyalar qurursan. İndi sən dərslərinə və ya işə
uyğunlaşa bilmirsən. Ondan başqa heç nə haqqında danışmaq istəmirsən.
İndi sənin hər nəfəsin, addımın, hərəkətin odur: sevgi. Amma nədənsə,
sevgin cavabsız qalıb.



Məsləhət: «Sevməyə davam etməli, yoxsa unutmalı»?

«Bəlkə mən onun xoşuna gəlirəm? Bəlkə o, məni heç bəyənmir? Bəlkə nə
vaxtsa bəyənər?» - düşüncələri səni məhv edir. Əlbəttə, bu düşüncələr
depressiyaya düşməkdən yaxşıdır. Amma əgər sevgin indi cavabsızdırsa və
onun reallaşacağına ümidin yoxdursa, onda bu sevgini unutmaq ən yaxşı
variant olar. Cavabsız sevgi həm insanı depressiyaya salır, həm də
həyatına mane olur. «Onu unutmaq bu qədər asan deyil» fikirlərinə
qapılma. Uzun müddətdir aludə olduğun bu haldan xilas olmaq üçün başını
seriallara baxmaqla, rəfiqələrinlə harasa getməklə qata bilərsən. Əmin
ol, bir gün sən də qarşılıqlı sevgi yaşayacaqsan.



Heç nə baş vermir



Əslində, münasibətləriniz çox yaxşıdır. Amma siz sevgili yox,
dostsunuz. O sənə dost gözü ilə baxa bilər. Sənin içində ona qarşı sevgi
hissləri var. Vaxt keçir, hisslərin daha da alovlanır. Onun qəlbində
isə nələr baş verdiyi hələ də sənə məlum deyil. Səbrlə gözləyirsən,
görəsən, o nə vaxt sənin məhz onunçün yaradıldığını anlayacaq? Əminsən
ki, o, həqiqətən də sənin ikinci yarındır, siz mütləq bir yerdə
olmalısınız.



Məsləhət: «Delete» düyməsini bas

Ola bilsin ki, sən əvvəllər hisslərini gizlətməyə çalışırdın. Bilirdin
ki, o, heç vaxt ilk addım atmayacaq. İndi isə hisslərini gizlədə
bilmirsən. Elə düşünürsən ki, bunları biləndən sonra o, sənə
yaxınlaşacaq və həqiqətən də sevgi münasibəti qurmaq istədiyini deyəcək.
Amma ümidlərin boşa çıxır. İndi bu cavabsız hisslərindən xilas yolunu
düşün. Sadəcə, onu bir neçə həftə görməməyə çalış. Uzaq bir yerə gəzməyə
get. Həmişəki mühitdən kənarlaş. Keçmiş həyatını, düşüncələrini
tamamilə silməyə çalış. Beləcə, tezliklə həqiqətən də səni sevən biri
ilə qarşılaşacaqsan. Ən əsası isə sənə sevgi etirafı edənlər arasından
birini seçmək imkanın olacaq.



Lazımsız sevgi



Çoxdandır sevgilisiniz. Amma onun hərəkətləri, sənə qarşı münasibəti
sevmədiyini göstərir. O, saatlarla «Facebook»da oturur, sənə isə bir
«salam» da yazmır. Başqa qızlara təriflər yağdırdığı halda, sənin
zənglərinə isə cavab da vermir. Şübhələnirsən: yəqin onun həyatında
artıq başqa biri var?! Ona ayrılmaq istədiyini bildirəndə isə səni
getməyə qoymur. Bir-iki gün münasibətiniz yaxşı olur, onun davranışları
müsbət tərəfə dəyişir, artıq hər şeyin yolunda getdiyini düşünməyə
başlayırsan. Bir müddət sonra isə hadisələr yenidən təkrarlanır:
soyuqluq, diqqətsizlik və xəyanətlər… O, səni çox yaxşı insan hesab
etdiyini deyir. Amma bununla yanaşı onun ürəyi titrəmir. Görüş isə… Bu,
yalnız onun görüşməyə heç kəsi tapmadığı halda baş verir. Görəsən, bütün
gücünü lazımsız sevgiyə sərf etməyə dəyər?



Məsləhət: Bəli, bu, mümkündür

Ürək sevgi ilə dolanda onun cavabsız qalacağını ağlına belə
gətirmirsən. «Onun xoşuna gəlirsən, yoxsa yox?» düşüncəsi günlərlə
beynindən çıxmır. Amma qəbul etməlisən ki, sevgi həqiqətən də dərin
hisslərdir və o da cavabsız qala bilər. Qəbul etmək lazımdır ki, sevgini
ilk addımdan tapmaq hamıya qismət olmur. Əsl sevgini tapmaq səhvlərdən
və yanlışlıqlardan sonra mümkündür. «Söz vermək – evlənmək demək deyil»
filminin qəhrəmanı Aleksin sözlərini xatırla: «Əgər kişi hansısa qadını
bəyənirsə, onunla birlikdə olmaq üçün əlindən gələni də, gəlməyəni də
edəcək». Əgər onun sənə qarşı olan hərəkətlərinin məcburi olduğunu
görürsənsə, özündə onun qərarsızlıqlarına cavab axtarmağa çalışma.
Fikirləşmə ki, sən gözəl deyilsən: hətta zövqüncə olmağı belə düşünmə.
Və ya… Onun işi çoxdur, sənə vaxt ayıra bilmir… Bunlar hamısı
bəhanələrdir. Sənin getməyinə imkan verməməsinin səbəbi isə onun
özünəgüvənməməyidir. O, sənin sevginlə güc alır, sən həyatda ona dəyər
verən yeganə qadınsan. Səni itirsə, özünü lazımsız əşya kimi hiss
edəcək. Buna görə də onun səndən istifadə etməsinə imkan vermə. Onun
həyatının sevgisini tapmasını gözləməkdənsə, özünə yeni sevgi tapmaqla
məşğul ol.



Gərəksiz sevgi

Onu ilk görəndə səni əsməcə tutmağa başladı: yəqin ilk baxışdan
məhəbbət elə budur… Onu tanıyandan dincliyini unutmusan. Dəfələrlə onun
e-mail ünvanının parollarını sındırmağa çalışmısan. Hətta gələcək
uşaqlarınızın adını, qocalanda harada yaşayacağınızı da planlaşdırmısan.
Amma bir şeyi unutmusan: onun sənə qarşı hissləri ciddidir? Ətrafındakı
insanların onun haqqında mənfi fikirlərinə aqressiv yanaşırsan. Bütün
bunları gələcək xoşbəxtliyinə maneə kimi görürsən. Onu pisləyən hər bir
kəsdən uzaqlaşmağı düşünürsən. Bu da azmış kimi, sən bütün qürurunu və
fərdiliyini itirirsən. Səncə, cavabsız hisslər bu qədər itkiyə dəyərmi?



Məsləhət: O, nəyə lazımdır?

«Yalnız sevən yaşayır» ifadəsini yəqin ki, eşitmisən. İnsan sevəndə
ətrafda hər şeyi başqa cür görməyə başlayır: mehriban olur, hadisələrə
müsbət tərəfdən baxır, gördüyü hər işdə bir məna axtarır… Oxumaq,
işləmək, bəzənmək və gəzmək üçün stimul yaranır. Bütün bunlara görə,
gələcəyini məhv etmə. Ondan əl çəkməkdən qorxursan. Amma cavabsız sevgi
sonda səni lap çox incidəcək. Unutma: dahi insanlar sevgidən ilham alıb
əsərlər, şeirlər yazırmışlar. Sən də sevgidən ilham ala bilərsən. Amma
hazırda yaşadığın bu hisslər sənin məhvinə səbəb olur. Onu unutmaq üçün
depressiyaya düşmək də lazım deyil.



Yoruldum, sevgi istəyirəm!

Hərdən, həyatında həqiqi sevdiyin bir insanın olmamasından
şikayətlənirsən. Hər dəfə kimisə sevməyə cəhd edəndə uğursuz son səni
özündən çıxarıb. «Mən artıq hər şeyi başa düşürəm. Artıq hər şeyi
öyrənmişəm» düşüncələri səni yorub. Sənin hisslərini başa düşmək o qədər
də çətin deyil, axı sən də əsl sevgi hisslərinin qarşılıqlı olmasını
yaşamaq arzusundasan. Qəlbində soyuq qış şaxtasıdır. Bütün bunlar səni
«tezliklə sevgilim olmalıdır» düşüncəsinə yönəldir. Görəsən, tənha
qalmamaq üçün atılan addım uğurlu alınacaqmı?



Məsləhət: Qətiyyən olmaz!

Sadəcə, əyləncə üçün kiminləsə münasibət qurmağa çalışma.

Əyləncəli gecə partilərinə qoşularaq təsəlli tapma.

Depressiyaya düşüb, başını balışdan qaldırmamaq, işlərini ləngitmək kimi hərəkətlər etmə.

Kiməsə acıq vermək məqsədilə davranma.

İmicini dəyişərək bəyəndiyin oğlanın diqqətini cəlb etməyi düşünmə. Sən olduğun kimi gözəl görünə bilərsən.

Başqasını incidəcək, ən əsası isə özünə ziyan verəcək bir addım atma.

Unutma: bir gün sən də yarını tapacaqsan. Ən vacibi odur ki, özünə olan inamını və güvənini itirməyəsən.

Bütün günü oturub, «niyə mən bu qədər bəxtsizəm?» deməkdən əl çək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!