Və mən susacam

Və mən susacam
Sevgi Dünyası
10.09.2017 26
Amma mən ağlamırdım. Sadəcə tək idim və böyüdüyümü hiss edirdim. Çünki
balacaların yanında onları qoruyacaq həmişə kimsə olur. Amma mən tək
idim. Yıxılanda kimsə mənə "böyük qız” olacaqsan deməyəndə anlamışdım
böyüdüyümü. Sonra bütün işləri tək başıma həll etməyə başlayanda.
Sevəndə və incidiləndə. Zaman keçir və bir az daha nələrisə əlavə
edirdim həyatıma. Mən sadəcə xəyalların kənarında sakitcə dayanmışdım.
Təsadüfi küləkləri qovalayırdım. Günbatımının ortasında isə yalnız tuta
bilmədiyim arzularla tək qalırdım.

Həyat hər kəsə güləcək kimi deyil təbii. Ağlatmağa da söz verməyib.
Zəif olmaq üçün sevgi, güclü olmaq üçün içki və qalxa bilmək üçün yaxşı
dostmu lazımdır? Zamanla həyatımıza qəribə "əvəzliklər” salmağa
başladıq. "Mən”imizi təzəcə dəyərləndirməmiş bir "O” tapdıq və dərhal
onu öz mənimizə qatıb o qədər çox şişirtməyə başladıq ki. Sonra gülməli
"biz”lər əmələ gəldi. Nəhayətində "sən” və ən nəhayət dünənki "mən”in
"siz” olmağa başladı.

İndi nə gözləyirdiniz? "Prinssessa"nı? Hislərinə cavabdeh olmağı siz
tərgitdirdiniz. İncitdiniz. Əziyyət etdiniz. Və birdən birə güclülük
simvolumu gözləyirdiniz qarşınızda?

Əslində daha heç kimə doğru söz deməyəcəm. Onlar
küsəcəklər,inciyəcəklər,uzun müddət kin saxlayıb hələ də onlara həqiqəti
deməyimi gözləyəcəklər. Və mən susacam. Bəlkə də ən böyük səhvi elə
danışmaqla etmişdimскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!