Kişilərin xəyanət etmədiyini göstərən işarələr

Kişilərin xəyanət etmədiyini göstərən işarələr
Sevgi Dünyası
10.09.2017 17
Xəyanət etməyən kişilər


Çox danışan sevgili: Sevgiliniz və ya həyat yoldaşınız sizinlə artıq
əvvəlki kimi danışmırsa, deməli problem var. Çünki sadiq kişilər həyat
yoldaşları ilə söhbət etməkdən çəkinmirlər. Kişi hər mövzuda söhbət edə
və müzakirə apara bilər. Bunun səbəbi isə digər kişilərin əksinə, gizli
saxladıqları və təsadüfən deyə biləcəkləri bir şey olmamasından irəli
gəlir. 

Qəhrəman sevgili: Özünü münasibətinizin qəhrəmanı kimi görən kişilər,
təhlükə saçmır. Onları özlərini bütünlüklə sevdiyi qadınlara həsr
etdikməkdən zövq alırlar. Bu baxımdan başqa qadınlara ehtiyac duymurlar.
Onlar üçün başqalarına örnək göstərilmək və təriflənmək vacibdir. 

Romantik sevgili: Xəyanət etməyən kişi sevdiyi xanımla gözəl anlar
yaşamaq istəyir. Daha əvvəl birlikdə getmədiyiniz yerlərə aparır. Sizi
təəccübləndirmək üçün sürprizlər edir. Onun sizdən başqasına ehtiyacı
yoxdur.

Konstruktiv sevgili: Sizinlə mübahisə edən kişidən qorxmayın. Davamlı
oaraq bir şeydən danışması, problemləri düzəltmək istədiyi deməkdir.
Xəyanət edən kişinin əksinə, canının sıxıldığı mövzular olduğu zaman
problemi həll etmək yerinə, başqa qadının yanına qaçmırlar. 

Dərdləşən sevgili: Dinləməkdən zövq alır, sizi narahat edən mövzuları
həll etməyə çalışırsa, qorxulası bir şey yoxdur. Çünki belə kişilər sizi
kədərləndirən işlər görmürlər. 

Diqqət göstərməyən sevgili : Xəyanət edən kişilərin qadınına qarşı
diqqəti getdikcə azalır. Lakin etdiyi hərəkətdən peşmandırsa, həddindən
artıq da diqqət görə bilərsiniz. Sadiq sevgili üçün dostları ilə
keçirdiyi vaxtdansa, sizinlə keçirdiyi vaxt daha önəmlidir. Bir kişi
sizi dostlarından nə qədər üstün tutursa, xəyanət riski də bir o qədər
yüksəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!