Sadəcə saatlarla sənə baxmaq istəyirəm...

Sadəcə saatlarla sənə baxmaq istəyirəm...
Sevgi Dünyası
10.09.2017 13
Bəzi insanlara heç bir zaman daşıya bilməyəcəkləri qədər yük veririk...

Məsələn "Dəyər vermək" kimi...



Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir.



Getmək istəyirsə əsla təkid etmə. Burax qoy getsin. Hər yalvarışında özünü daha çox önəmli hesab edər. Ona əsla unutmayacağı bir dərs ver "Qalx və çıxışı göstər"



Sənə toxunmaq, həyatın içində dayanıb istirahət etmək kimidir.

Sənə toxunmaq, nəfəs almaq kimidir.

Sənə toxunmaq, bütün sözləri yandırmaq kimidir.

Sənə toxunmaq, bütün insanları bağışlamaq kimidir.

Sənə toxunmaq, ölümə inad yaşamaq kimidir.



Hava soyuq olanda deyil... Sən məndən soyuyanda üşüdüm...



Səninlə hər kəsdən çox maraqlanan insanı həyatından uzaqlaşdırma.

Bir gün ayılıb görərsən ki, ulduzları sayarkən Ayı itirmisən...



Ağladıqdan sonra gələn yuxu kimisən.. Elə şirin, elə rahat..



Sadəcə saatlarla sənə baxmaq istəyirəm... Baxmaq və susmaq...

Çünki sənə qarşı hiss etdiklərimi anlatmaq gücündə deyiləm...



- Mükəmməl biridir?

+Yox.

- Çox gözəldir?

+Yox.

- Bəs nəyə görə o?

+Bəzən sadəcə sevərsən...



"Əslində həyatın ən gözəl anı hər şeydən imtina etdiyində, səni həyata bağlayan birinin olduğunu düşündüyün andır."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!