Satılan pullar

Satılan pullar
Sevgi Dünyası
10.09.2017 26
Artıq Günəş öz parlaq şuaları ilə insanların qaranlıq dünyasına işıq salmağa başlayır. Artıq günəş çıxır və sən unudulursan. Sən mənim payız fəslimdə qaldın artıq. Artıq yeni əyləncələr və maraqlı kitablar axtarışında olacam. Səni düşünmüyəcəm, həyatımda ən gözəl səhv kimi qalacaqsan. Elə bir səhv ki, onu təlafiə etmək mümkün deyil.Səni unutmuyacam, amma səni yadada salmıyacam. Bir acı həqiqət kimi səninlə barışacam. Var olduğunu anlayacam amma mənim həyatımda deyil. Ola bilsin nə vaxtsa küçədə gedərkən bir-birimizlə qarşılaşaq. Səni gördüyüm an səndən üzür istəyəcəm. Səhvini başa düşüb üzür istəməyində özü bir böyüklükdü. Sən artıq yox idin. Mən səni bu ağılla sevmişdim heyif ki, düşünüb sevmişdim. Bu fəsil sən yadıma düşsən tez gedib içki içəcəm. Yalnız içki içəndə ağlım başımda olmur. Ağılsız olanda səni unuduram. Hələdə anlaya bilmirəm, yaxşı başa düşdük gör-götür dünyasıdır. Amma sən niyə məhz ayrılığı götürdün ?! Ola bilsin sənə ən doğma ən yaxın hiss budur. Anlıyıram fəsillər dəyişdikcə nəyisə dəyişməlisən amma bu mən olmamalıydım. Ən pisidə odur ki mən sənə inanmışdım səni isə..Eh nəyisə. Mən sənə xoşbəxtlik arzulamıram çünki mən onu səninlə bir yerdə itirdim...



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!