Doğru yol

Doğru yol
Sevgi Dünyası
10.09.2017 10
Dəyişməyə başlamaq lazım idi,çünki hər gün böyüyürdüm. İnsanlar içində yaşıl görsənmək üçün geyimi deyil, düşüncəni və istiqamətini dəyişdirməli idim.. Bir istiqamətdə millionlar gedirsə sona çatmaq üçün gözləməli idin, bir neçə əsr.Ayrı yol tapmaq lazımdır.İstiqaməti,yaradı lışı,gözəlliyi sənə məxsus olan bir yol.O yola əlavə etmək istədiyin insanlar isə,sənin yaradılışını gözləyənlər olmalıdır. Alınmayacaq cavabı özünə versən, yaratdığın yollarda məftilli bataqlıqlar başqa heçnə olmayacaq. Ruhun bilmək istədiyi sualın cavab nə qədər gözəl olsa, addımladığın yolunda tələləri bir o qədər maraqlı və ibratəmiz olar.Kitablardan uzaqlaşmaqla yaratdığın yolun qoruyucu qalasıda bir o qədər dözümsüz olar.Kitablar sənin düşmənin olsa belə ona etibar et, çünki sonda düşmənin vurduğu zərbə,sənə əsl dost deyə bir şey olmadığını öyrədəcək. Bu zəmanədə özünə dost axtarmaq istəyin,"Darvinin cənnətdə meymunlarla yaşama istəyi qədər" gülüncdür..

- Bu yolda dost tapmaq qərarı "Bu son deyərək" təkrarlanan hadisənin günahlarını" Allahda axtarmaq qədər vicdansız bir qərardı.

Əgər Tanrının yollarında saysız maneələrlə üzləşirsənsə, demək sənin savabının səndən belə böyük olamasını istəyir yaradan...

Göylərə qanadlanmaq üçün kitab oxumağın kifayət edər.Oxuyub bitirəndə artıq yer kürəsində olmuyacaqsan. Necə deyə sual vermə, özün görəcəksən kitablar sənə ayrı bir dünyada, ayrı bir yol bəxş etdiyini.

Uşaqlıqda özümə verdiyim sual hələdə yadımda "Tanrı ədalətli tanrıdısa bəs dünyada niyə ədalətsizliyin sayı bitmir?"

Öz cavabım özümə belə oldu: "Sən niyə dünyada ədalət axtarırsan?"

İnsanlar öldürmək və ölə bilmək üçün dünyaya gəldilər.Ədalətli Tanrı səni yaratdı, adəm övladı isə öldürdü.Təbii hamısı yox.Tanrı sənə yaradarkən sənə 2 yol bəxş etdi və hər iki yolu sənə göstərdi.Sənin seçimin öznə bəxş etdiyin ən böyük ədalətli qərar oldu.Qarşılığında isə qarşılığını verə bilməyəcəyin cənnəti bəşx edəcək sənə. "Cənnət"...

- Bir zaman bir insan, illərdi getdiyi yollarda çox qərarsız qalıb,əlini göyə açaraq Allahaım mənə kömək et,söylə mən hansı yoldayam?

-"Məni axtarırsansa deməli düzgün yoldasan."



"Yolunu gözəlləşdirən rənagarəng mərmərlər deyil, düzgün qərarlardı."



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!