İtirilmiş çağırışlar

İtirilmiş çağırışlar
Sevgi Dünyası
10.09.2017 13
Bu gün biraz əsəbiyəm.Əsəb dolu beyinlə qarşınıza çıxdığım üçün,təəssüf edirəm.Ama günahları tək məndə axtarmaq kifayət etməz.Birazda qarşınızdan keçən insanlara diqqət yetirin.Kimlərdir onlar? Üç yüz-beş yüz manat arxasıyca qaçan prablemlər övladı? -Bilirsiz niyə həmişə sual verirəm? - Əlbətdə hardan biləcəksiniz,sizdə gözlərinizi yumub,sadəcə dinləyirsiz.Oyatmaq lazımdı bahar gəlməmiş,soyuqdan titrəyən insanları.Həqiqətən çox təhlükəlidir bu cür ömür sürmək.Birdən-birə bu yazılar bədahət deyə gəlmir,sizdə biraz kipriklərinizi tərpədsəniz,sizədə sadə gələcək bu yazılar. Yazılarımın əksəriyyətində möhtəşəm,super,əla sözlərini görəndə təəssüf edirəm.Anlaya bilmirəm,siz yazıları bəyənirsiz,yoxsa çəkdiyiniz prablemləri?!

-Dözməyə çalışarkən,hisslərim ağrıdan"xilas et özünü!"-deyərək bağırır. Başa düşmək üçün özünüzdən uzaqlara çəkilin biraz.Özünüzə qayğı göstərin,bağışlayın özünüzü.Göz yaşlarını qardaşım vəfat etdikdən beş il sonra unutmuşam,amma qardaşımı hələdə unutmamışam,üstündən səkkiz il keçsədə! Bu həyatın insafı olsaydı,biraz öz içində yaşayan ölülərin nə çəkdiyini anlardı. Deyirlər tez ölən insanlar cənnətə düşür,axı o ölmək istəmirdi! Lənətə gələsən həyat! Ağlı olan insan bu dünyaya gəlməz. İndi çoxunuz söyləyəcəksiniz ki,biz istəmədən doğulmuşuq,amma elə edə bilərdik ki,bu yazını oxuduğunuz zaman bir çox insan yaşaya bilərdi!

- Şotverən millətim!Əcnəbilərə xərclədiyimiz pulların üç-dörd faizini yaşamaq istəyən körpələrə versəydik,minlərlə mələk,yaşamaq üçün nəfəs alardı,borularla yox!

- Bilirsiz ölüm necə dəhşətli bir şeydir?! -Birinci bədənin soyuyur,uşaqlıq fəsilləri yada düşür, sonra dilin quruyur,susuzluqdan deyil,yalvarışlardan.

Dəfn olunmaq hələ erkəndir axı! Mən bu yazımda,nə cənab nazirləri,nədə neftin min barelini,bir salama hədiyyə verən vəzifəli kəsləri alqışlamayacam!

Bir salamla min günahsız kəslərin yaşama ümidini hədiyyə verən xalqıq biz.Hər şeyin qiymətini qaldırdınız,birazda vicdanınızı qaldırın,Allah bəndələri.Az sevgidən yazın,adını adınızdan əzbər bildiyiniz sevgi bilirsiz kimlərdədir? - yox?

- Onu bilirəm ki,sizdə deyil!

Bu yazını dörd-beş hissim birləşib,ərsəyə gətirdi.Oxuduqdan sonra biraz ibrət alın,sonra gedib əylənə bilərsiniz! - Özünüzə sual verin,mən kiməm?!

- Onu bilinki,sizi siz edən,əməllərinizdi,hazırla dığınız kağızlar yox.

Qorxuram bu yazıdan sonra, məni bölməyə çağırıb,müxalifətçi adı ilə cəzalandırsınlar.Mən heç kimə qarşı deyiləm,sadəcə günahsız,ağrıyan körpələr mənə zəng edib,xahiş etdilər ki, nə çəkdiyimizin bir faizini yazıya alıb,onlara təqdim et...Sadəcə demək istəyirəm ki,

- Bağışlayın bacara bilmədim!



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!