Heçnəsiz varlıqlar

Heçnəsiz varlıqlar
Sevgi Dünyası
10.09.2017 46
Fəlsəfələr içində yaşamaq insanı heçdə mükəmməl göstərmir. Mükəmməl insan,sakit və ciddi olan deyil,mükəmməl insan,olduğu kimi görünən,göründüyü kimi yaşaya bilən insandı. Heç vaxt kiməsə görə,hansısa hadisənin səbəbindən,özünüzə xas olan dəyərləri dəyişməyin. Dəyişilmək gözəl xüsusiyyətdir,əvəz etmək isə çirkinləşmək kimi "insanlara"xas olan bir ehtiyatdır.Kiçilərsən boyüdüyü zənn edib, qəribəliklərdən uzağlaşıb,saxtalıqların qurbanı olarsan. Qürurunu prinsiplərinə həvalə edib,özündən uzaqlaşarsız səssizcə.

-Bütün bunları niyəmi deyirəm?

Yox,yox məni səhv başa düşməyin,anlamanız üçün demirəm,azmı yazı oxudunuz? ...Anlasanız belə əməl etməyə çəkinərsiniz.Sizi yaxşı tanıyıram mən,çünki sizlərdən biriyəm özümdə."Bəli!"sizlərdən biri. Məndə çox oxumuşdum,sonra sizlərin etdiyi peşəkarlıqları görüb özümə sual verdim. Mən niyə "insanlar" kimi olmuyum?!

- Başladım aldatmağa,aldanmağa və gülünc görsənən göz yaşları tökməyə. Bəli gülünc! Neçə qadını sevmisiz? Sizlər,yəni bizlər bir qadını doğru-düzgün sevə bilmədik,amma hər bayramda bütün Azərbaycan xanımlarını təbrik etdik!

- Kimsiz hə?! Şeytan belə sizi yoldan çıxartmağa çəkinir,çünki çox qorxur,özüdə öz yolunu dəyişər deyə. Neçə qadın aldatdınız?! Sizə yaraşmıyan müqəddəs kəlmələri neçə huriyə söyləmisiniz?!

Həqiqətən sizi sizə anlatmaq çox çətin məsələdi. Vicdan,qürur,sevgi,inam və bütün bu sözlərdən sonra,sizin məişətdə çox işlətdiyiniz "boş şeydi" sözlüyü.

- Hər bayramda,hər fəsildə çirkinləşmək uğrunda qurulan hədsiz xəyallar sizə itirməkdən başqa nə verə bildi?

- Kağız?

- Hə! Əlbətdə hazırladığınız kağızlar. Əl çirkinə öyrəşmisiz,bataqlıq adamları.

Gündəlik fobiyaların qurbanı olan məxluqlarsız siz.Səcdəniz qədər,saxtadır yaşam tərziniz. Yaşamını andlara qurban verib,kağızlara baş əyərək təkbir gətirənlərdənsiniz! "Sizi"digərlərindən fərqləndirən əsas xüsusiyyət: "Eyni adda müxtəlif üzlərlə yaşıyan yeganə kəslərsiz".

Məqsəd eyni,gəldiyimiz yollar isə, tamam fərqli. Xəyanətdən,nifrətdən və cəzadan keçən yollar!...



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!