Yığılıb qalan

Yığılıb qalan
Sevgi Dünyası
10.09.2017 14
- Bir gün həyatı qələmə almaq istədim.Qələmi əlimə aldım,amma həyatı qələmə ala bilmədim.Çox çətin bir işdir,çünki yaşananlar adi deyil.Bilinməyən hisslərə,bilinməyən fəsillərə nə ad verəcəyimə qərar verə bilmirəm. İlahi bu fikir məndə hardan yarandı? Həyat deyəndə, təkçə dörd fəsil,ailə,dost-tanış nəzərdə tutulmur axı.

- Dostmu?

- Nəyəsə unut dediklərimi...

- Bu yazıda cavablandırmaq istəyirəm,həmin o sualları. Niyəmi aciz,nifrət dolu yazılar yazıram?

- Çünki heç bir həqiqət xoşbəxtlikdən keçmir! Hər bir həqiqətin içində, bir acizlik,bir nifrət,yağışla dolu bir xatirə var.Hər şey yaxşıdır,amma hər şeyin yaxşı olması üçün nələr çəkdim,nələr axıdıldı,nələri qurban verildi bilmirsiniz...Düzdü prablemsiz heçnə əldə edilmir,yalnız prablemlərdən sonrada xoşbəxtlik yaşandığını görmədim,sadəcə öyrəşdik!

- Bu yazını kofe içərək,isti evdə,səliqəli masa arxasında yazmıram və nədə düşündükdən sonra yazmıram.Telfonun qeyd yerində, cızma-qara edib, sabah yazını göndərirəm paylaşırlar... Və eyni şeylər məni çox yorur.Mən ciddi biri deyiləm,nədə sakit təbitli insan.Əksinə

- Çox gülərüz və Bakıya nifrət edən kəsəm.Yazı xüsusi seçilsin deyə deyil,həqiqət olduğu üçün söyləyirəm. İyirmi üç ildi torpaq davası edirik,sanki Bakı bizimmiş kimi...Olimpiya oyunları və pulsuz qarşılanma.And olsun,heç bir vicdanlı kəs bunun leyhinə deyil. Bir dəfədə özümüzə qayğı göstərib,düşməndən qaçarkən deyildə,düşmənlə savaşərkən qazi olsaq olmazmı?

- Ölkəsinin əksəriyyəti fəhlə işləyən bir millətdən, heç vaxt səmimiyyət gözləməyin və yalan danışmasını istəmirsinizsə "yaxşısanmı?"-sualını verməyin.

- Çoxları söyləyir yaz, səndə alınır.Məndə başlayıram gic kimi gülməyə.Soruşurlar nəyə gülürsən?

- Deyirəm heçnə alınmır,sadəcə acı həqiqətlər,sıxıntılar çoxlır və sonda mən "heç kim" oluram.Öyrəşgənliyik dostum, hər kəsi,hər şeyi üst-üstə yığıb möhtəşəm əsər yaratmağa...



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!