Sonuncu tövbə

Sonuncu tövbə
Sevgi Dünyası
10.09.2017 20
Çox acı verir hərəkətsiz qalmaq və heç bir bədən üzvünü idarə edə bilməmək....Sadəcə gözlərim yumulub-açılır.Həyata gəldiyim gündən,indiyənə qədər bütün olanlar gözümün önündən bir filim kimi gəlib keçdi,saniyələr içərisində.Sümüklərim bir-birinə sıxılaraq daha çox ağrı verir.Dörd fəsilin qoxusunu hiss etdim torpaqda.Acı çəkdiyimi hiss edirdim,amma gözlərimdən yaş gəlmirdi.Çox qorxurdum"bundan sonra nə baş verəcək?" deyə,suallar yağdırırdım özümə.İnanılmaz dərəcədə dəhşətlidir.Yerim get-gedə sıxlaşır və mən hərd dəfə bir daha ölürdüm.Gördüyüm tək rəng qara,amma hiss edə bilirəm,nəfəs ala bilirəm,ən əsasda qorxa bilirəm.

- İlahi,nə baş verir?

- Görəsən mən ölmüşəm yoxsa bu yuxudu?

- Bəlkə bir dəqiqə nəfəs almasam ayılaram yuxudan?

- Yox! yox birdən yuxu olmaz, ölüb eliyərəm,ən yaxşısı gözləməkdir.Nə qədər gözləyəcəm,axı burda zaman işləmir?! Çox ağrı verir bədənim,dözə bilmirəm.Ölmək istəyirəm!

- Yəni cəhənnəm bumu?! İlahi! çox dəhşətdir.Torpaqdan başqa iyi hiss etmirəm.Yardım et,məni yaradan mənə yardım et!

- Nə danışırame,axı Allaha inanmırdım mən! Kimdən yardım istəyirəm,üzünü görmədiyim və yalvardığım kəsdənmi?!

- Dözəcəm! Hansısa bir sınaq,məni Allaha inandırmağa vadar edə bilməz! Yardılışım özümə məxsusdur! Allah mərhəmətlidirsə,niyə bəndəsinə acı verir?! Bilirdisə mən belə nankor olacam,məni niyə dünyaya gətirib?!

- Məx xəstələndikdə anam mənə dərmən verirdi,sizin Allah babanız deyil! Onsuzda heç kim eşitmir məni,niyə danışıram?!

Hər danışdıqca sümüklərım daha sıxılır,demək bu sınaqdır!Çıxarın məni burdan insanlar,sizin Allahınıza inanmağım məcbur deyil!

- Bəlkə yalandan inandığımı deyim,onda məni azad edərlər. Yaxşı,yaxşı inanıram Allaha,tövbə! çıxardım məni burdan!

- Sizlənəm,noldunuz?

- Lənətə gələsiz sizi,çıxardın məni burdan!

-Yox,yox bu qurma deyil.Səs eşidirəm deyəsən...

- Ana? Ata?

- Tez gəlib,məni burdan azad edin,sağam mən ölməmişəm!

- Ana ağlama,Ata sənə yaraşmaz ağlamaq! Ölməmişəm mən....Ana sil göz yaşını,içim ağrayır!Sən ağladıqca dahada ağırlaşır ruhum.Eşidin məni ölməmişəm,hiss edirəm göz yaşlarınızı.

- Ata,uşaq vaxtı yıxılıb ağlayanda "kişilər ağlamaz!"-deyərdin,noldu?!

- Bəs məni sevmirdin,indi niyə ağlayırsan?!

- Bağışla məni ana,qurban olum sil göz yaşını,heç vaxt səni ağlatmaq istəməmişəm.Həmişə istəmişəm fəxr edəsiz mənimlə...

- Hələ ümid var,ana! Tövbə üçün hələ zamanım var,Tövbə edəcəm,çünki mövcudmuş Allah.Artıq hiss edirəm içimdə onu.

- Bu nədir?

- Ana nə etdiniz mənə,yüngülləşdi ruhum?

- Quranmı oxudun?

-Birdə oxu,çox oxu nolar.İlahi şükür sənə,çox rahatlşdım.

- Hara gedirsən ana?!

- Getmə birdə oxu,çox ehtiyacım var.Birdə oxu!

- Getmə! Getmə nolar!

- Ana getmə! məni belə qoyub getmə! Getməə!

.... Ana səni çox sevirəm,bağışla məni ata,bağışla məni ALLAHIM.....!



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!