İtirdiyimiz əsaslar

İtirdiyimiz əsaslar
Sevgi Dünyası
10.09.2017 8
Əhatəm, kütlədən ibarət, boş süfrələrlə doludur.Cəmiyyətə yaxın olduqca,insanlardan uzaqlaşdığımı hiss edirəm hər gün.Sanki, yayın gəlməsini gözləyirmişlər. Bu fəsildə qısalarmış hər şey."Mənim əsrarəngiz qızım!" deyən analar, evdən çıxanda nəzər yetirirsinizmi qızlarınıza?!

- Həqiqətən acı verici bir mövzudur,çünki həqiqətdir və bizim həqiqətlərimiz həmişə bizlərə acı verib. Çünki həmişə həqiqətlərimizi yalan üzərində qurub, doğru olduğunu təsdiqləməyə çalışmışıq.

- Niyə?!

- Çünki, əslində istədiyimiz tərbiyəli görünmək deyil, əslində istədiyimiz, on səkkiz yaşdan sonra sərbəst olmağımızdır, filimlərdəki kimi!

- Onda gedin o filimlərdəki, John,Adrian,Abel və.s kimi məhşur insanlar, sizə bəy olsunlar!

- Hara gedirik?! Kimlərin uçurumuna?!

- Bəzi qızlar "Həyatın dadını çıxarım və evlənmək məqamı gələndə, səliqəli geyimdə, anamın əziz qızı olaram"- deyə düşünür. Amma düşünmürlər ki, əksinə, həyat onların dadını çıxarır və başqaları isə adını! Buna baxmayaraq, yenə həyat qura bilirlər, özdə çoxlarından yaxşı!

- Çirklənməli o qədər şey varkən,niyə məhz vicdanınızdan,namusunuzdan  başladınız?!

- Hər kəsin diqqəti sizlərdə ola bilər, amma heç kəs,"kaş onunla sevgili ola biləydim" deyə düşünmür!

- Və əlbətdə ki, oğlanlarda bu mövzuda günahsız deyillər. Əslində o hər qıza yaltaqlıq edib, vədlər verən "oğlanlara" görə çox sıxıntılara məruz qaldıq. Hər qıza balam deyən kəslər,qızınız olduqdan sonra, onu nə adla çağıracaqsınız?!

- Əlbətdə, hər iki tərəf, günahı digərində axataracaq.Bizlər, günahı özümüzdə axtaracaq qədər insan olmadıq!

- Heç vaxtım yox idi bu haqqda yazı yazmağa, amma nəsə vadar etdi məni. Bəlkə bu mənim borcumdur, bəlkədə sizin səhvlərinizi qələmə almağı çox sevirəm. Bilmirəm, bəlkədə!

- Nə vaxtsa qatil olmaq istəsəniz, birinci nəfsinizdən başlaya bilərsiniz.Çünki, öldürərək qazana biləcəyiniz tək savab odur!



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!