Sevənləri ayırmayın

Sevənləri ayırmayın
Sevgi Dünyası
10.09.2017 34
Səni Sevirəm... Çünki saçlarn əllərimin arasında axdıqca dünyadakı cənnəti tapmış kimi hiss edirəm özümü.Və bilirəm ki, sadəcə Sənin istədiklərin girə bilər o cənnətə. Mən qərarlıyam o cənnətdə qalmağa. Səni Sevirəm... Çünki hər gülümsəyişin içimə yenidən yaşama sevinci verir. Hər gülümsəyişin umudsuzluğu parçalayır. Bir çiçək baxçasına çevirir bu mənasız dünyanı. Çiçək demişkən, bir çiçək adı versəydim Sənə- çobanyastığı olardı. İnsanlara baharın gəldiyini müjdələyən çobanyastığı. İddiasız amma gözəl, gözəl amma yalansız. Səni Sevirəm... Çünki Səni sevməyi, Sənə toxunmağı, Səni dinləməyi, Sənə baxmağı, Səninlə paylaşmağı sevirəm. Səninlə yaşanıla biləcək nə varsa hamısını sevirəm. Səni sevdiyimi anlatmağa çalışarkən nə qədər aciz olduğumu da görürəm. Hər kəlmədən sonra durub təkrar-təkrar düşünürəm. Səni sevdiyimi yetəri qədər anlada bildimmi deyə. Bilirəm ki, yetməyəcə. Bu qədər kəlmədən sonra belə Sənə sevgimi anlada bilməmiş olacam. Sözlərin bitdiyi yerdə gözlərimə bax. Onlar bu sevgiyi daha yaxşı anladacaqlar Sənə. !!!.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!