Bu da sevginin axırı

Bu da sevginin axırı
Sevgi Dünyası
10.09.2017 20
Onlar beş il evli idilər. Allah iki gözəl fidan bəxş etmişdi onlara. Hər
şey öz yolunda kimi idi elə bil. Lakin son vaxtlar nəsə soyuqluq hiss
etmişdi Aynur. Yoldaşı evə gec gəlir, bəhanə axtarırmış kimi hər şeyi
problemə çevirib, söz- söhbət salırdı. O, səbr edib hər şeyə dözürdü.
Düşünürdü ki, yəqin işləri düz getmir, axır vaxtlar stress, gərginlik
bütün bunlarla əlaqəlidir. O, yoldaşına dəstək olmalı, ona arxa
olmalıdır. Çalışırdı ki, ailə daxili əsayişi qorusun, yoldaşı ilə üz-
üzə gəlməsin, pərdə götürülməsn. Qəfil zəng hər şeyi dəyişdi. Heç vaxt
ağlına gətirmədiyi hadisə onun başına gəlmişdi. Yoldaşının həyatında
başqası var idi. Qəfil, anonim zəng qısa və konkret şəkildə " Yoldaşının
həyatında başqa qadın var, inanmırsan yoxla" demişdi. Əvvəl inanmadı,
düşündü yəqin səhv düşüblər, bu zəng ona ünvanlanmayıb. Sonra son
vaxtlar yoldaşının davranışını yadına salınca, yoxlamağı qərara aldı.
Aynur ümid edirdi ki, bu anlaşılmazlıqdı, heç cür qəbul edə bilmirdi ki,
belə hadisə onun başına gələ bilər. «Bu ola bilməz, heç vaxt iki balası
olan ata belə iş tutmaz. Axı, mən də pis adam deyiləm, hər dediyini
edirəm, evdə səs qaldırmıram, hörmətini saxlayıram, yox, o, heç vaxt
mənə xəyanət edə bilməz». Aman Allah, xəyanət sözünə necə nifrət edirdi.
Bu yeddi səsli söz onu necə də hövsələdən çıxarırdı. O, bu sözü nə
dostluqda, nə sevgidə, heç bir halda qəbul etmirdi. Amma indi… bu sözü
nəyinki qəbul etmək, hətta yaşamaq üçün güc tapmaq lazım idi. Yox, indi
o, hər şeyi araşdıracaq və əmin olacaq ki, hər şey öz yolunda, yoldaşı
tərtəmiz, vicdanlı, məsuliyyətli bir insandır, belə iş tutmaz.



Aynur unudurdu ki, biz insanıq, nəfsimiz var, yalan danışmaq da
əlimizdən gəlir. Unudurdu ki, insan hər şeyə qadirdi, sadəlövhcəsinə
inanırdı. İnanırdı və bu onun faciəsi idi.



Aynur öz dünyasında yaşayırdı. Saf, yalandan uzaq, bu real dünyadan çox
fərqli, utopik dünyasında. O, inanırdı ki, pis bir şey onun başına gələ
bilməz. lakin şübhə elə acı və qorxulu toxumdur ki, tez boy atır və
bütün vücuduna hakim olur. Nəhayət, ürək edə bilmədiyi bir işə başlamağı
qət etdi. O, hər şeyi yoxlamalı, araşdırmalı idi. Gecə yoldaşı yatınca
onun telefonunu axtardı. Tapa bilmədi. Birdən ağlına gəldi ki, son
vaxtlar yoldaşı telefonu yastığının altında gizlədir. Buna gizlətməkdən
başqa nə ad vermək olardı ki? Ehmalca telefonu götürdü. şübhəli gələn
nömrələri qeyd etdi və onlara bir-bir zəng vurmağa başladı. Bu proses
elə də asan deyildi. Onun bütün bədəni tit-tir əsirdi. Ona bir anlıq elə
gəldi ki, yer ayağının altından qaçdı, başı fırlandı, əli titrəməyə
başladı. Lakin bir neçə zəng hələ heç nə demirdi. O sakitləşdi.
Sevinməyə başladı, gözlərində ümid işığı yandı, lakin sonincu nömrəni
yığdıqda telefona qadın səsi cavab verdi. O, inana bilmirdi qulaqlarına.
Bu ola bilməzdi. Bu qadın kim idi? Necə olmuşdu ki, onun nömrəsi
yoldaşının telefonunda ən çox zəng etdiyi nömrələr sırasında olsun?
Yəni, anonum zəng həqiqəti ona söyləmişdi? Aman Allah, niyə bunlar onun
başına gəldi? Yox, bu həqiqət ola bilməz, burda nəsə bir anlaşılmazlıq
var.



Aynur, halsız şəkildə divana oturdu. bir müddət düşünmə qabiliyyətini
itirdi, gözləri bir boşluğa zillənmişdi, nə edəcəyini, bundan sonra necə
yaşayacağını bilmirdi. Ancaq onu bilirdi ki, həyatı alt -üst olmuşdu.
Özünü kimsəsisiz, aciz, lazımsız hiss etdi. Hər şeyi aydınlaşdırmaq
lazım idi. O hiss edirdi ki, içində nəsə, heç vaxt duymadığı hisslər baş
qaldırır. Nəsə anlaşılmaz, ağır, onun nəfəsini kəsən hisslər. O,
uyumalı idi. Yatmaq, dincəlmək lazım idi. Belə də etdi. Neçə saat
yatdığını bilmədi. Ancaq onu bilirdi ki, heç ayılmaq belə istəmirdi.
Sanki ölmək, canını qurtarmaq çıxış yolu idi. Ancaq ölməmişdi və
olanları yaşamaq, reallıqla barışmaq, həyatına davam etmək, ayaqları
üstə dayanmaq, sınmamaq lazım idi. O, düşünürdü ki, indiyə kimi elə bil
yuxuda imiş, balaca uşaq kimi nağıllarda yaşayırmış.



Axşam yoldaşı evə gəldikdə onun gözlərinə diqqətlə baxmağa başladı.
İndi bu gözlərə məhəbbətlə yox, başqa cür baxırdı. İndi onlara əvvəlki
tək qürurla baxmırdı. İndi onlara əvvəlki tək güvənmirdi. Əksinə olmuşdu
hər şey. İndi onlara şübhə ilə, yad insana, tanımadığı birisinə baxdığı
kimi baxırdı. Qarşıdakı insanın, ona hər zaman hamıdan yaxın olan, bir
yastığa baş qoyduğu bu şəxsin kim olduğunu xatırlaya bilmirdi sanki.
Belə də olur demək. İnsan bir günə, bir saata da böyüyə bilərmiş. İndi
o, anlamışdı ki, indiyə kimi 5 yaşlı qızcığaz imiş. Nə olsun ki, iki
uşaq anasıdır. Psixoloji baxımdan elə balalarından heç də fərqlənmir.
İndi isə çox qocalmış, beli bükülmüşdür. Sevgi insanı xöşbəxt etmək
qüdrətinə malikdir, amma...bədbəxt etmək qüdrəti var imiş. Xöşbəxtlik
çox qısa olur, unudulur, bədbəxtlik isə ömrünün sonuna kimi sənə
yoldaşdır. Bütün bunları bir günün içində anlamışdı. O, yatmış,
oyandıqda tamam başqa insan kimi durmuşdu. 5 yaşlı qız yatmış 65 yaşlı
qarı kimi oyanmışdı. Həyatda güclü olmaq lazımdır, əks halda necə yox
olduğunu heç özün də hiss etməyəcəksən. Səni hər kəs unudacaq. İnsanlar
unutqan olur.



Anonim zəng, telefon nömrəsi barədə yoldaşına hər şeyi danışdı. Təbii
ki, o da hər şeyi inkar etdi. Lakin artıq onun üçün heç nəyin fərqi yox
idi. Bir günün içində onun gözlərindən qəflət pərdəsi qalxmışdır. İndi
onun necə şirin yalan danışdığını görürdü. Əvvəl gözüyumulu ona
inanırdı. İndi isə… hər kəlməsinin yalan, ya həqiqət olduğunu necə də
aydın görsənirdi.



Həyat budur… Niyə də o seçilmiş olmalıydı? Bu həyatda o qədər əziyyət
çəkən insan var ki. Niyə o bu insanlardan fərqli olmalı idi? Hansı
səbəbə görə? Həyat yalnız yeyib — yatmaqdan ibarət deyil ki. Həmişə onun
bəxti gətirməli deyil ki...Bunları düşünə- düşünə sakitcə pəncərəyə
yaxınlaşdı və yağışı dinləməyə başladı. İçindəki inam, insanlara və hər
kəsə olan inamı bu yağışla birgə yuyulub gedirdi. İçindəki saflıq yox
olmuşdu. Artıq o, kinli realistə çevrilmişdi. O, bütün gücünü səfərbər
etmiş və indidən sonra necə yaşayacağını düşünürdüскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!