Saatlarla ona baxmaqdan doymuram

Saatlarla ona baxmaqdan doymuram
Sevgi Dünyası
10.09.2017 21
Saatlarla ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsunkardır, valehedicidir, sakitləşdiricidir. Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur. O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir. O, dərdləri dinləyir. Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir. Hələ də açılmayan sirləri bilir. O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub. O, aşiqlərin görüş məskəni olub. Fırtınalı, soyuq günlərdə coşub-daşıb. Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib. Bəzən isə inanılmaz sakitliyi olub. Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq, mənə sadəcə hüzur verir. Hər kəs ən pis anında ona qaçır. Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar. O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir. Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır. Çoxları ondan qorxur, hürkür, çəkinir. Budur, indi mən onun hüzurundayam .Diqqətlə, ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…! O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq. O, artıq ağır-ağır addımlayır. Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir. Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir. O da, insanlar kimi bəzən gizlənməyə çalışır. Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır. Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir. O bəşəriyyətin möcüzəsidir. ALLAHın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq…!!!
Yazar: Səbinə Dəniz [Kulis]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!