İkinci dəfə sevmək mümkündür?

İkinci dəfə sevmək mümkündür?
Sevgi Dünyası
10.09.2017 11
Bliskriq – bu bizim düşüncəmizdir
Sevgi psixologiyası – hər kəs ilk növbədə sənə vaxt və səbr lazım
olduğunu deyəcək. Bu gün məqsədinə çatmaq yox, birinci olmağa çalışmaq
dəbdədir. Alternativ vəziyətin nadir hallarda işə yaradığını düşünmək
yanlışdır. Sevdiyin insanla ömrünün sonuna kimi birlikdə olacağını
düşünürdün. Amma yalnız sənin bildiyin səbəblərdən bu reallaşmadı.
Həyatının qalan hissəsini onsuz yaşamaq məcburiyyətindəsən. Onsuz ola
bilər, amma bu tək yaşayacaqsan demək deyil. Bundan sonra nə edəcəm?
Uğursuz həyatın olduğunu düşünüb, ömrünü tək başa vurmağı düşünürsən,
yoxsa hər şeyi tezliklə unudub, yeni sevgiyə başlamağı? İkinci variant
daha yaxşıdır…

Məsləhət: Gənc yaşda olanlar ayrılıq acısını tez unudur, bir müddətdən
sonra yeni bir həyata başlayırlar. 40 yaşdan sonra isə bu bir az çətin
olur. Amma «İkinci bahar» sevgisi hər kəsin həyatında müsbət tərəfə
dəyişikliklər edir. Hər bir insan sevgi istəyir. Amma yenidən bir sevgi
yaşamaq üçün diqqətli olmaq lazımdır. Bu da bir hadisədir, külək kimi
ötüb keçəcək. İlk sevgində etdiyin səhvləri bir kağıza yaz. Onun nələri
bəyənmədiyini və sizi ayrılığa gətirən səbəbləri təkrarlamamağa çalış.
Beləcə, yaşayacağın ikinci sevgi daha uğurlu və davamlı olar.

Tapmaq və təslim olmamaq
Ömrünün yarıdan çoxunu onunla başa vurmusan. Amma heç gözləmədiyin anda
həyatında dəyişikliklər olur. Siz ayrılmaq qərarına gəlirsiniz. Bu sevgi
sənə əziyyət versə də, ayrılığa sevinmirsən. Həyatının yarıdan çoxunu
tənha keçirmək, illərdir bir evdə yaşadığın insandan ayrı qalmaq… O sənə
əziyyət verirdi… Amma sevgidən çox kiməsə öyrəşmək insana əziyyət
verir… İkinci cəhd… Bu, ayrılıq yaşayan hər kəsin həyatında baş verəcək
ən gözəl hal ola bilər…

Məsləhət: Hər şey öz vaxtında gələcək, əgər sən gözləməyi bacarırsansa…
Əgər qarşına məqsəd qoyursansa, ona çatmaq üçün yollar axtar. Burada
əsas sənin ciddiliyin, cəhdlərin və həvəsindir. Ümidlərini heç vaxt
qırma… Sevgi hər zaman insan həyatına gəlir… İkinci, üçüncü, hətta
dördüncü dəfə də…

Uğursuzluq və depressiya
İşdə uğursuzluq – sən bunu çətin də olsa yola verdin. Dostlarla
mübahisələr – bunlarda bir gün ötüb, keçəcək… Ən pis hal isə – illərdir
birlikdə olduğun, insanla ayrılmaqdır. Bunu isə düzəltmək mümkün deyil.
Sənə həyatında baş verən uğursuzluqları götür-qoy etmək lazımdır. Ola
bilsin ki, sən ən sadə bir amili gözdən qaçırtdın. Uğur rahat şəraitdə
insanın əlinə düşən şansdır.

Məsləhət: Sən uğursuzluq səbəblərini ortaya çıxardıqdan sonra, onları
bundan sonra davam etdirməyin nə dərəcədə real olduğunu aydınlaşdır.
Əgər yenidən həyatında gözəl sevgi olmasını istəyirsənsə, ilk növbədə
görünüşünə fikir ver. Hər bir qadını depressiyadan yeni saç düzümü,
alış-veriş çıxarır. Görünüşündə dəyişiklik edib, daha da baxımlı
olduqdan sonra özünü səni atıb getmiş sevgiyə layiq bilməyəcəksən.
Səhvlər üzərində düzəlişi «ikinci cəhd»lə etmək ən yaxşı variantdır.

İkinci və üçüncü addımı atmağa dəyər?
Burada keçmiş qaydalardan istifadə etmək lazımdır: kağızı iki hissəyə
ayır. Birinə məqsədlərinə çatmaq üçün düşündüklərini yazıb, üstəgəllər
qoy. Digərinə isə, sənə mane olan səbəbləri qeyd edib, çıxaq işarələri
qoy. «İkinci bahar» yaşamaq sənə nə verəcək? Yoxsa sən artıq tənhalığa
öyrəşmisən? «İkinci sevgi mənə xoşbəxtlik cətirəcəkmi?» düşüncələri səni
yorub.
Əgər uğura çatmaq üçün sənə emosiyaların mane olursa, bax bu ən pisidir.
Sənə mane olan səbəbləri isə gözdən keçirt… Onla həyatına mane olmağa
dəyərmi? Sən bu sadə maneələri aşa bilməyəcək qədər zəifsənmi? Unutma,
insan hər bir işi özü qəlizləşdirir. Öhdəsindən gəlinməsi mümkün olmayan
heç bir hal yoxdur.

50 yaşdan sonra sevgi
Gec-tez yaşımız 50-yə çatacaq. Bu bir qadın üçün nə deməkdir? Əlvida
sevgi? Yoxsa həyat indi başlayır? Psixoloqlar iddia edirlər ki, 50 yaş
insanın öz hisslərini ən yaxşı formada büruzə verə biləcəyi dövrüdür.
Həyata yenidən başlamağa qərarı ən çətini olsada mümkünsüz deyil.
Qarşına səni həqiqətəndə sevən biri çıxıb, artıq qəlbin gənclərdəki
kimi, titrəyir. Özünlə tək qalanda isə düşüncələr xoşbəxt hisslərinə
mane olur: birdən yenidən alınmadı?

Məsləhət: Xoşbəxtlik distilə edilmiş su deyil. O, əvəzolunmaz və pak
olmur. O, hər zaman balanslaşdırılmış formada insan həyatına gəlir. Bu
yaşda olan insanlar ayrılıq yaşayıblar, qəlb yarasın sağaldıblar,
keçmişi və səhvləri nəzərdən keçiriblər. Nəticədə gələcəkdə sağlam
münasibət qurmaq üçün daha böyük şansın var. İlk növbədə bu məsələdə
cismən yox, ruhən baş verəcəklər önəmlidir. Buna görə də 50 yaşdan
sonrakı sevgi daha sağlam və möhkəm olur.

«İkinci bahar» – hansı problemlərlə üzləşə bilərsiniz?
İlk növbədə bu yaşda bəyəndiyin insana yaxınlaşmaq və tanış olmaq çətindir.
Əgər övladlarınız varsa, bunu onlara qəbul etdirmək.
Ətrafınızdakı insanların haqqınızda deyəcəklərinə əhəmiyyət vemək.
Ən əsası isə ilk səhvləri yenidən təkrarlamaq.

Sənin 50 yaşın var – bu o demək deyil ki, sevgi keçmişdə qalıb. Bütün
xoş hisslərinizdən zövq almağa, ikinci sevgini əsl «İkinci bahar»a
çevirməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!