Günahı tərk etməyin stimulu

Günahı tərk etməyin stimulu
Sevgi Dünyası
10.09.2017 18
İnsan bir işi görən zaman stimula ehtiyac duyar. Əgər  olmazsa, həmin iş
dəyərsiz və mənasız olar. Biz insanların hamısı gündəlik işlərdən
tutmuş, ibadət işlərinə qədər stimula malik oluruq. Bu, stimuldur ki,
bizi hərəkət etdirir. 
bir neçə gün əvvəl qədim dostlarımdan birini gördüm və mənə dedi: "Günah
etməkdən yorulmuşam. Günahlarımı tərk etmək istəyirəm". Ona dedim:
"Yaxşı qərardır, ancaq bu işi görməzdən əvvəl bax gör, stimulun nədir?
Günah etmək istəmirsən ki, nə olsun? Məgər günah ləzzətli deyildirmi?".
Bir qədər fikrə getdi. Ona dedim: "Əgər bu işdə müvəffəq olmaq istəyirsənsə, gərək günahı tərk etmək üçün stimulun olsun".
Dostum dedi: "Heç indiyə qədər bunu düşünməmişəm. Mənə yol göstər".
Dedim: "Mən o kəs deyiləm ki, sənə yol göstərim, çünki özüm də
başdan-ayağa günaha batmışam. Ancaq din alimlərindən eşitmişəm ki,
günahı tərk etmək üçün onun batinini tanımaq lazımdır. Misal üçün,
qeybətin batinini qardaşının murdar ətini yemək kimi tanımalısan.
Başqa yerdə yetim malını yemək - atəş yeməyə bərabərdir. O kəslər ki,
yetimin malını zülmlə yeyərlər, əslində qarınlarını atəşlə doldurarlar".
İmam Sadiq (ə) pis baxışların batini barədə buyurur: "Naməhrəmə baxmaq -
şeytanın zəhərli oxlarındandır. Hər kim onu Allaha xatir tərk edərsə,
Allah qəlbində təhlükəsizlik qərar verər ki, ləzzətini dadar".
İmam Əli (ə) rüşvətin batinini zəhərli bir ilanın yediyi yeməyə bənzədir
ki, onu mədəsində zəhərlə qarışdırıb sonra qaytarmışdır və insan da
ilanın bu qaytarılmış yeməyini yeyər.
Biz gərək qəbul edək ki, bu dünyada gördüyümüz əməllərin nəticəsini
axirətdə dadacağıq. "Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və
etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə
uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis
əməlləri arasında uzun bir zaman fasiləsi olaydı". ("Ali-İmran" 30).
Ona görə də deyə bilərik ki, günahın batini çirkinlikdən və atəşdən başqa bir şey deyildir".
Dostum başını aşağı saldı və sonra mənə baxıb dedi: "Bu cür günah ləzzətlidirmi?".
Əmirəl-möminin buyurur: "Günahı tərk etmək çətindir, behişti tərk etmək daha çətindir".
Dostum dedi: "Mən gərək günahı tərk etmək üçün onun ləzzətindən üstün
olan bir stimul tapım. Onlardan biri budur ki, günahın ləzzəti - keçici
və davamsızdır. Bu qısa ləzzətə görə həyatımı sata bilmərəm".
Ona görə də ey, əziz dost! Günahı tərk etməzdən əvvəl onun batininə
nəzər sal və nə qədər çirkin və batil olduğuna diqqət et. Ondan sonra
onu tərk etməyə çalış. Ancaq bu zaman müvəffəq ola bilərsən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!