Tərəzinin bir tərəfində istəklərim bir tərəfində SƏN...

Tərəzinin bir tərəfində istəklərim bir tərəfində SƏN...
Sevgi Dünyası
10.09.2017 11
Yemək istiyirəm. mədəm partdıyana kimi... boğazımda tıxansın qalsın
nefes ala bilmiyim... Qaçmaq istiyirəm.. miolin liflərindən nitrit
turşusu ifraz olunub əzələ hüceyrələrinin qılaflarını dağıdanacan...
damarda qanın sürəti artsın, ürək döyüntülərim tavana vursun, tab
gətirmiyib partlasın... Piylənmək istiyirəm, ama nə qədər? bilmirəm..
hər bir qram piy hüceyrəsinə 40km kapilyar lazım imiş. Hesablamaq
lazımdı.. o qədər piylənməliyəm ki ürək çatdırmıyıb diyansın. Qusmaq
istiyirəm, o andaca mədə təzyiqi yetməsin, nəfəs borusunun klapanlarının
bağlandığı vaxtda nə yuxarı qalxa bilsin nə geri qayıda bilsin.. Nəfəs
almaq istiyirəm, elə dərindən ki alveollarım cırıq cırıq olsun o
təzyiqdən.. Okeanın dibində canlıları araşdırmaq istiyirəm, araşdıran
yerdə oksigen balonu deşilsin ya da nəbilim, şlanq cırılsın.. Kosmosa
uçmaq istiyirəm, gəminin pəncərələrinin UNO məhlə uşaqları tərəfindən
atılmış daş nəticəsində qırılması ümidilə.. Tasmaniyaya getmək
istiyirəm, Qrant`ı xilas etməyə O  Ayrton`un gəmini batırması
niyətiylə.. Üsyan etmək istiyirəm, doğrasınlar tikə tikə. Bidət eləmək
istiyirəm soysunlar dərimi.. əllərimi kəssinlər, dırmaqlarımı
çıxarsınlar, lezvalasınlar hər yerimi... dərimi yandırsınlar,
sümüklərimi sındırsınlar.. tam xod`da Brutal Death`e qulaq asmaq
istiyirəm kar olsun qulaqlarım. Bütün gün kompüterin qabağında oturum
görməsin gözlərim.. bədənimi yara bassın istiyirəm, ciyərlərimə vərəm
çöksün... istiyirəm fotosintez dayansın, çox demirəm bir sutkalıq...
bütün beyin kapilyarlarımın partlayacağı qədər vaxt istiyirəm sadəcə.
Oksigen çatışmazlığından hər hüceyrəmin gəbərib gedəcəyi qədər... xaricə
getmək istiyirəm.. bəlkə bir təyyarə qəzasına düçdüm... yatmaq
istiyirəm bir də oyanmamaq beklentisiyle... qazı yanıq qoymaq istiyirəm,
düzdü bizdə o bəxt yoxdu ama yenə də birdən partdıyar fikriylə.. səni
istiyirəm... tərəzinin bir tərəfində bu "istəklərim” bir tərəfində də
sən...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!