Valideynin üzünə ağ olmuş gənc

Valideynin üzünə ağ olmuş gənc
Sevgi Dünyası
10.09.2017 7
İslam Peyğəmbərinin (s) dövründə bir gənc ölüm ayağında olarkən Həzrət
(s) onun yanına getdi. Oğlanın dili tutulduğundan şəhadət kəlmələrini
deyə bilmirdi. Həzrət (s) soruşdu ki, bəlkə namazqılan deyil, ona görə
dili tutulub? Dedilər ki, namaz qılandır. Həzrət (s) buyurdu ki, bəlkə
zəkat ödəməyib? Dedilər ki, ödəyib. Həzrət (s): - "Bəlkə atasının üzünə
ağ olub?” deyə maraqlandı. Yenə də "yox” dedilər. Nəhayət, Həzrət (s)
belə bir sualla müraciət etdi: "Bəlkə anasının üzünə ağ olub?” Cavab
verdilər ki, - "Bəli, anasının üzünə ağ olub.” Ananı də`vət edib oğlunu
halal etməsini istədilər. Ana dedi: "Mən onu necə halal edə bilərəm ki,
üzümə sillə vurub?!”Həzrət Peyğəmbər (s) buyurdu: "Od gətirin.” Ana
soruşdu ki, "Odu nə üçün istəyirsiniz?” Həzrət buyurdu ki, "Pis əməlinə
görə onu yandıracağam.” Ana dedi: "Mən razı olmaram ki, onu
yandırasınız. Onu doqquz ay bətnimdə gəzdirib, sonra iki il süd
vermişəm, illər uzunu kənarında durmuşam. Mən onu oddan qurtarmaq üçün
bağışlayıram.”

İnsan üçün həqiqi mürəbbi olmayan ana günahkar övladının yanmağına razı
olmursa, həqiqi mürəbbi olan Allah öz bəndəsinin əzabına razı olarmı?!
Əsla!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!