Gəl barışaq, niyə küsdün, niyə yar?

Gəl barışaq, niyə küsdün, niyə yar?
Sevgi Dünyası
10.09.2017 36
Gözlərində yenə giley oxundu. Mən nə dedim, ürəyinə toxundu. Bu adətdir, aralıqda söz olar. Gəl barışaq, niyə küsdün, niyə yar? *** Ürəyimdə xatireler oyandi, Keçən günlər göz önündə dayandı, Bir olardı sevincimiz, dərdimiz. Bir bölərdik sevinci biz, derdi biz. *** Yanağını çiçəklərdə aradım, Çəmənləri saçın deyib daradım. Ay üzünə - dedim - budur sabahım. Niyə küsdün, nədir mənim günahım? *** Ayna sular gözlərindir, dedim mən. Xoş nəğmələr sözlərindir, dedim mən. İlk eşqimə bircə səni istədim Neyləyim ki, dönük çıxdı qismətim
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!